5 iyunun astroloji proqnozu
5-06-2013, 09:15
Oxunub: 4 519
QOÇ – Ətrafınızda kim varsa, hamısına sevinc, gülüş bəxş edin. Problem və qayğılardan uzaq olun. Elə zənn edin ki, bu gün “iş orucu” tutmusunuz. Axşam süfrəsində şükür edin ki, bu günü sağ-salamat başa vurmusunuz.
BUĞA – Ümumi kosmik fon çox gərgindir. Nədəsə tərəddüdünüz varsa, bəri başdan onu təxirə salın, çünki belə məqamlarda onun alınmaması daha çox ehtimal olunur. Haqlı olmağınızla bahəm, güclü də olmalısınız.
ƏKİZLƏR – Bu tarixdə köhnə işləri təzələmək məsləhət deyil. Hər şeyin təzəsi daha yaxşıdır. İlk növbədə özünüzü situasiyaya uyğunlaşdırmalısınız. Lovğalıq və özündənrazılıq etməyin. Bütün gücünüzlə açıq havada olun.
XƏRÇƏNG – Sevindirici olaylar, şadyanalıqlar günü olduğu üçün qısqanclıqdan, başqalarına qarşı hikkədən doğan istənilən addımınız böyük təhlükə yarada bilər. Bu gün elektrik cihazları ilə ehtiyatlı davranın.
ŞİR – Bazar günü olduğunu nəzərə alıb əsas gücünüzü münasibətlərə yönəldin. Amma diqqətli olun: rüşvət almaq, zina etmək, cadugərə getmək çox təhlükəlidir. Tövbə məqamı, saflaşma vaxtıdır.
QIZ – İmkan daxilində fəaliyyətə ara verib ruhi dünyanızı qidalandırın. Özünüzü azad və müstəqil hiss edin. Heç kimdən qorxmayın, daxili saflığınıza əminsinizsə, buna güvənib yalnız irəli gedin.
TƏRƏZİ – Kimsə sizdən imkanınız yetən bir şey istəsə, tərəddüd etmədən verin. Səxavətinizi əsirgəməyin. Əslində bu, problemli işlərinizin həllinə yardımçı olacaq. Göy qübbəsi köhnə dostlarla əlaqəni də uğurlu sayır.
ƏQRƏB – Əsas gücü münasibətlər müstəvisinə yönəltmək lazımdır. Hörmət qazanmaq üçün bəlkə də bundan yaxşı məqam olmayacaq. Özünüzü güclü adam sanırsınızsa, bu gün hətta zamanı da idarə edə bilərsiniz.
OXATAN – Sevgi müstəvisində mövcud olan boşluqları doldurmağa tələsin. Elə addım atın ki, sizə rəğbət yaransın. Əgər maddi imkanınız yetsə, sevdiyiniz insana yaddaqalan bir hədiyyə də ala bilərsiniz.
OĞLAQ – Təzadlı gündür. Ziddiyyətli hadisələr bir-birini əvəz edəcək. Bu səbəbdən ilk növbədə əldə olanları qorumaq lazımdır – pulunuzu, malınızı sağa-sola səpməyin. Kiminsə qəlbinə dəyməyin, axı qəlb Allaha məxsusdur.
SUTÖKƏN – İstirahət günü olsa da, maliyyə işlərini qaydasına salmaq olar. Xüsusən də günortadan sonra bu istiqamətdə fəal olmalısınız. Astroloji göstəricilər qida və yuxu rejiminə riayət etməyi məsləhət görür.
BALIQLAR – Mümkün qədər bu təqvimi ev şəraitində keçirməyə çalışın. İzdiham içində olmaq və ya uzaq səfərə çıxmaq münasib deyil. Bu gün olub-keçənlər haqqında müfəssəl informasiyalar toplayın.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman