BolgeXeber.Com » Dünya » Azərbaycan prezidentinin Brüsselə səfəri zamanı Cənub qaz dəhlizinin həyata keçirilməsi müzakirə olunacaq
Azərbaycan prezidentinin Brüsselə səfəri zamanı Cənub qaz dəhlizinin həyata keçirilməsi müzakirə olunacaq
5-06-2013, 10:55
Oxunub: 5 262
Roland Kobia: “Transxəzər boru kəmərinin tikintisi üçün Azərbaycan və Türkmənistanla danışıqları davam etdirəcəyik”
“Hazırda Avropa neftə olan ehtiyacının 5%-ni Azərbaycanın hesabına təmin edir. Rusiya və Norveçdən sonra Azərbaycan və Qazaxıstan Avropa bazarlarını enerji ehtiyatları ilə təmin edən əsas təchizatçılardır Bu sözləri Xəzər neft-qaz konfransında çıxış edən Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. O, əmin olduğunu bildirib ki, Azərbaycan gələcəkdə Avropaya qaz ixracatçısı kimi aparıcı mövqeyə malik olacaq.
Təbii qazın Avropa bazarlarına çıxarılacağı Cənub qaz dəhlizinin əhəmiyyətinə toxunan səfir xüsusi qeyd edib ki, bu, sadəcə layihə deyil, konkret imkandır. O, iyunun sonunda Azərbaycan prezidenti İlham Əliyevin Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun dəvəti ilə Brüsselə səfər edəcəyini söyləyib: “Hesab edirəm ki, bu görüş Cənub qaz dəhlizi məsələsində irəliləyişə səbəb olacaq”. (Səfər iyunun 21-də gerçəkləşəcək).
R. Kobianın sözlərinə görə, “Şahdəniz” konsorsiumu qərar qəbulu prosesindədir və 2019-cu ilin əvvəlinə Avropa ilk qazı alacağına ümid edir: “Avropa Birliyi Cənub qaz dəhlizinə çoxmərhələli layihə kimi baxır. Biz hesab edirik ki, bu boru kəməri Azərbaycandakı digər yataqlardan da qaz alacaq, eləcə də türkmən və İraq qazının cəlb edilməsi perspektivinə də malik olacaq. Bununla əlaqədar biz Transxəzər boru kəmərinin tikintisi üçün Azərbaycan və Türkmənistanla danışıqları davam etdirəcəyik. Ümid edirik ki, bu sahədə razılığa nail olacağıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər