Taksimdə yenidən qarşıdurma olub
9-06-2013, 09:45
Oxunub: 5 560
Ankarada polis aksiyanı dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qaz qumbaralarından istifadə edib
Qeyd edək ki, Rusiyanın Ural vilayətində qız qaçırma halları tez-tez baş verir. Yaxın günlərə daha bir oğlanın 14 yaşlı qızı qaçıraraq evdə bağlı saxladığı məlum olmuşdu. Qızın çığırtı səslərini eşidən qonşular polisə zəng edərək onu "ev həbsi"ndən qurtarmışdılar.
Polis dəstələri Ankaranın Qızılay meydanında keçirilən aksiyanı dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qaz qumbaralarından istifadə edib.
Türkiyə paytaxtının mərkəzində yerləşən Qızılay meydanına axşam saatlarında on minlərlə etirazçı toplaşıb, nəticədə, meydanda və ətraf küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşıb. Festival şəklində, fişəng və məşəllərlə başlanan aksiya, bir müddət sonra polis tərəfindən su şırnağı və gözyaşardıcı qaz qumbaralarından istifadə edilməklə dağıdılıb.
Bu arada, Ankaranın Kuğulu parkında polis davamlı aksiya keçirən etirazçıların çadırlarını sökərək müsadirə edib. Burada da aksiyanın dağıdılması zamanı polislə etirazçılar arasında kiçik toqquşmalar baş verib.
Qeyd edək ki, artıq 13 gündür Türkiyənin əksər şəhərlərində hökumət əleyhinə aksiyalar davam edir. Xatırladaq ki, aksiyalara səbəb polisin İstanbuldakı Gəzinti parkında etirazçıları sərt şəkildə dağıtması olub. Aksiya iştirakçıları Türkiyənin dünyəvi dövlət quruluşu yolundan çəkilməsinə etiraz edərək, hakimiyyəti sadə vətəndaşların həyatına müdaxilə etməkdə günahlandırır.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan əvvəlki kimi hesab edir ki, aksiyalar radikal yönümlü qruplar tərəfindən təşkil olunub. O, bəyan edib ki, hökumət ölkədə zorakılığa və təxribatlara yol verməyəcək və iqtisadi planlarından geri çəkilməyəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər