Ərdoğan hədələdi: “Bu iş 24 saat ərzində bitəcək”
13-06-2013, 09:05
Oxunub: 5 957
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Sahibkarlar və Sənətkarlar Konfederasiyası (TESK) nümayəndələri ilə görüşüb. ANS PRESS-in “Milliyet”ə istinadən verdiyi məluata görə, görüşmədə Gezi parkı hadisələri müzakirə olunub.
Baş nazir görüş zamanı maraqlı açıqlamalar edib: “Yumruğa qarşı yumruqla cavab vermədik. Ancaq bundan sonra təhlükəsizlik xidmətləri daha fərqli rəftar edəcək. Xarici ölkələrdən verilən ağıla ehtiyacımız yoxdur. “One minute” dediyimiz insanlar, indi bu vəziyyəti görüb sevinirlər. Sahibkarlar ayıq olmalıdır. Faiz lobbisi işləyir. Daxili işlər Nazirinə təlimat vermişəm ki, 24 saat ərzində bu iş yekunlaşacaq”.
Ərdoğan konfransdakı çıxışında hazırda Türkiyədə baş verən hadisələri 3 ay əvvəldən təxmin etdiklərini bildirib: “Bu formada olacağını bilməsək də, bu cür hadisələrin baş verəcəyini 3 ay əvvəldən bilirdik. Bizə bəzi kəşfiyyat məlumatları gəlmişdi”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər