BolgeXeber.Com » Dünya » Qırmızı geyimli qadınlardan "Gəzinti parkı"na dəstək

Qırmızı geyimli qadınlardan "Gəzinti parkı"na dəstək

21-06-2013, 12:05
Oxunub: 5 734 Böyük Britaniyanın Ankara səfirliyində Gezi Parkı olaylarına sürpriz şəkildə dəstək aksiyası təşkil olunub. Gezi Parkı hadisələrinin rəmzinə çevrilmiş "qırmızı geyimli" qadını işarə edən səfirliyin attaşelərinin həyat yoldaşları və digər səfirliklərdəki qadın attaşelər "İngiltərə Əsgər günü və kraliça Yelizavetanın doğum günü"nə həsr edilmiş tədbirə qırmızı geyimdə gəliblər.

Xanımlar bu rəngdə geyimlərinin seçim səbəbini Gezi Parkı olaylarında türk xalqına dəstək vermək istədikləri ilə əlaqələndiriblər. Tədbirə ABŞ, Fransa səfirləri başda olmaqla, bir çox diplomatlar qatılmışdı.