Bu günün ulduz falı
1-07-2013, 08:25
Oxunub: 7 114
QOÇ - Axşam saatlarına qədər Ay bürcünüzdə olduğu üçün yeni və riskli işlərinizi təxirə salın. Səhhətinizdə xırda narahatçılıq gözlənilsə də, müqəddəs yerlərə getməklə bunu həll edə bilərsiniz.
BUĞA - Hansısa xoşagəlməzlik gözlənilmədiyi üçün qarşınızda duran vəzifələri həyata keçirməkdə heç bir problemlə üzləşməyəcəksiniz. Bir sözlə, gün ərzində bütün ixtiyar öz əlinizdədir.
ƏKİZLƏR – Qarşınızda olduqca düşərli bir gün durur. Daxilən vicdanlı və təmiz olduğunuzu sübut etdirməyiniz vacibdir. Çoxlarına sevinc bəxş edə bilərsiniz. Yalnız müqəddəs şeylər barədə düşünün.
XƏRÇƏNG - Ötən on gündə nail ola bilmədiyiniz maliyyə uğurlarına yetişmək üçün böyük şansınız var. Bunun üçün bürcünüzün "hakimiyyətdə" olmasından maksimum istifadə etməlisiniz. Acıdil olmayın.
ŞİR - Həddindən ziyadə maraqlı bir təqvimlə üz-üzəsiniz. Rastlaşdığınız adamların əksəriyyətindən sizə sevinc payı düşəcək. Başınızda dolaşan qorxunc və pis fikirlərdən daşının.
QIZ – Bu əsrarəngiz gündə daha çox müqəddəs işlərlə məşğul olun: ibadətlərinizi saxlamayın, hamıya xeyirxahlıq diləyin, bəd fikir yaymayın, qarşınıza çıxan şanslardan düzgün istifadə edin.
TƏRƏZİ - Təxminən saat 11-dən 15-ə qədər ayıq-sayıqlığınızı itirməsəniz, gün ərzində ovqatınıza mənfi təsir edəcək hadisələrlə rastlaşmayacaqsınız. Gün ərzində riskli işlərə başlamamalısınız.
ƏQRƏB - İşgüzar görüşlərdə iştirakınız gözlənilir. Belə sövdələşmələrdə ehtiyatlı olmağınız vacibdir. Əks təqdirdə məyus ola bilərsiniz. Tərəddüd etdiyiniz bütün işləri təxirə salın.
OXATAN - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə fəaliyyətə ara verəsiniz. Bütün vaxtınızı gəzinti və əyləncələrə həsr edin. Məhəbbətdən ilham almağa çalışın. Spirtli içkidən uzaq olun.
OĞLAQ - Saat 16-ya qədər şanslı məqamlarla rastlaşacağınız güman olunur. İşgüzar danışıqlar aparmaq, köhnə planlara yenidən qayıtmaq uğurludur. Sonrakı saatlarda isə özünüzü qorumalısınız.
SUTÖKƏN - Yaxşı olar ki, bu təqvimi daha çox başqa ünvanlarda keçirəsiniz. Çünki öz evinizdə maraqlı heç nə olmayacaq. İş yerində gücünüz çatmayan adamlarla baş-başa gəlməkdən çəkinin.
BALIQLAR - İş barədə məhsuldar gün olmasa da, nahardan sonra darıxdığınız adamlarla görüşməyə çalışın. Uzaq yola çıxmaq uğurlu deyil. Sevgi münasibətlərinin tənzimlənməsində təşəbbüskarlığı ələ alın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər