2 iyulun astroloji proqnozu
2-07-2013, 09:00
Oxunub: 5 086
QOÇ - Təxminən saat 15-ə qədər mübahisəli situasiyalara cəlb olunma ehtimalınız var. Özünüzü ələ almağı bacarsanız, sonrakı saatlarda şəxsi işlərinizdə müsbət dönüş baş qaldıracaq. Qohumlara sayqı göstərin.
BUĞA - Yaxşı olar ki, günün əsas hissəsini ailə-sevgi məsələlərinə həsr edəsiniz. Başqalarını özünüzdən incik salmayın. Mənasız məsələlərə görə, risk etməyə lüzum yoxdur.
ƏKİZLƏR - Sürprizlərlə dolu bir gün yaşayacaqsınız. Çox güman ki, bir neçə sevindirici hadisənin şahidinə çevriləcəksiniz. Nahar ərəfəsində isə müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.
XƏRÇƏNG - Hiss olunur ki, maddi durumunuz ürəkaçan deyil. Bu səbəbdən də ümumi ovqatınız aşağı səviyyədədir. Lakin ulduzlar axşama doğru kisənizdə dəyişiklik olacağına eyham edir.
ŞİR - Ətafınızda baş verən hadisələrin ürəyinizcə getməməsi ümumi ovqatınızı aşağı salmaqdadır. Lakin ruhdan düşməyə heç bir əsas yoxdur. Sadəcə, bir qədər səbr edib, yeni perspektivə hazırlaşmaq lazımdır.
QIZ – İyul ayının ən düşərli günlərindən birini yaşayacaqsınız. Hər mənada uğurlu məqamlarla üzləşəcəksiniz. Yeni təkliflər, xoş xəbərlər, maddi irəliləyiş – bir sözlə, ətrafda hər şey gözəl olacaq.
TƏRƏZİ - Qarşınızda olduqca məhsuldar bir gün durur. Qərarlarınızda qəti olun. Aldığınız təkliflər müsbət nəticələr verəcək. Axşam uzaq olmayan ünvanlara qonaq gedə bilərsiniz.
ƏQRƏB – Digərləri ilə müqayisədə bu gün daha çox sizin bürcünüz başıdinc yaşayacaq. Əsas enerjinizi məhəbbətə həsr edin ki, bu proses uzun sürsün. Sövdələşmələrdə təşəbbüskarlığı əldən verməyin.
OXATAN - Bir qədər gərgin ərəfədir. Lazımsız məqamlarda, günahsız adamlarla mübahisələrə girişməyin. Əks təqdirdə özünüzə qarşı rəğbəti itirə, həmçinin sevgidə təklənə bilərsiniz. Səfərə çıxmaq yaxşıdır.
OĞLAQ - Göy qübbəsi maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Belə ki, nahar ərəfəsində varlanma ehtimalınız var. Lakin boş məsrəflərə xərc çəkməkdən yayınmalı, "yamangünlük" saxlamalısınız.
SUTÖKƏN - Həddindən ziyadə yorğun və gərgin gündür. Qarşınızda duran vəzifələrin öhdəsindən gələcəyinizə inamsızsınız. Amma bədbinləşməyə dəyməz. Çünki gözəl günlər yaxınlaşmaqdadır.
BALIQLAR - Şəxsi işlərinizdə müsbət dönüş baş qaldırmaqdadır. Özünüzü tənzimləməyə çalışın. Müvəffəqiyyət başınızı gicəlləndirməməlidir. Vaxtilə həyatınızda rol oynayan insanları yada salın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər