BolgeXeber.Com » Dünya » Günün qoroskopu: gərgin, hadisələrlə zəngin və yorucu gündür

Günün qoroskopu: gərgin, hadisələrlə zəngin və yorucu gündür

24-01-2021, 10:15
Oxunub: 552 Qoç - ehtiyatlı və sayıq olun. Mühüm, maraqlı, əhəmiyyətli hadisələr baş verə bilər. Heç nəyi diqqətdən qaçırmayın. Gördüklərinizi təhlil edin. Faktları normal müqayisə edə bilsəniz, bədxahlarınızı geridə qoymağınıza imkan verəcək addımlar ata bilərsiniz.
Günün ikinci yarısında səhv etmək çox asandır. Şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Dəyər verdiyiniz təmaslar sonuclana bilər. Maliyyə durumu stabilliyi ilə fərqlənmir. Tələsik qərarlar qəbul etməyin.
Buğa - qələbələr və nailiyyətlər əldə etmək çətindir. Fəqət yaxşı çalışıb səy göstərsəniz, irəliləyəcəksiniz. Əməyinizin müqabilində ödəniş pis olmayacaq. Taleyə şikayətlənməyə dəyməz.
İşlərinizdə aktiv və enerjili olun. Günün ikinci yarısında sizi maraqlı tanışlıq gözləyir.
Mövqe və baxışlarınızı gizləmək istəməyərək yaxın ətrafınızdakı insanlara onların eşitmək istəmədikləri sözləri deyirsiniz.
Düz söz danışanı kimsə sevmədiyindən bir qələr ehtiyatlı olun. Rəğbət bəslədiyiniz insanlarla əlaqələri sərinlətməyin.
Əkizlər - zəruri ehtiyac olmadan risk etiməyin, tələsik addımlar atmayın. Yaxın ətrafınızdakı insanların sizdən kəskin şəkildə narazı qalmalarına imkan verməyin. Sizi intriqalara cəlb etməyə, təxribatlara çəkməyə çalışırlar. Yaxşı tanımadığınız insanların boş vədlərinə uymayın. Bədxahlarla düşmənlərin sayını artırmayın. İşgüzar ünsiyyət baxımından çox çətin gündür. Şəxsi münasibətlərdəki çətinliklərin sayını artırmayın.
Yaxınlarınız sizi sevir, dəyər verirlər.
Rasionunuza fikir verin. Tamahkarlıq etməyin. Fiziki işi azaldın.
Xərçəng - çətinliklərə və anlaşılmazlıqlara rəğmən konstruktiv çalışın. Son həftələr ərzində sizi narahat edən problemləri həll etmək imkanlarınız var. Bunun üçün qeyri-standart addımlar atmaq gərəkdir. Şablon təfəkkür zərərlidir.
Birgə layihələrə qatılın, əməkdaşlıq təmaslarında fəal olun.
Probleminizlə bağlı dövlət qurumlarına baş çəkə bilərsiniz.
Axşam saatları bilik və bacarıqların artırılması, yaradıcılıq üçün əlverişlidir.
 
Şir - həyatınızı daha yaxşı işlərə yönəldə biləcəyiniz inad və qətiyyətlə korlamayın. Etiraf etmək istəməsəniz də, bu gün yaşanan münaqşələrin tam əksəriyyətinin səbəbkarı sizsiniz. Yaxınlarınızı mənasız iradlar və yersiz hərəkətlərlə qıcıqlandırmayın.
Dəvət aldığınız tədbirə yollanmayın. Amma o tədbirə getməkdə qərarlısınızsa, diqqət mərkəzində olmamağa çalışın. Alış-veriş məsləhət deyil.
Qız - maliyyə baxımından əlverişli gün deyil. Xərclər və məsrəflər çoxdur. Sərmayə kimi yatırdığınız pulların yaxın zamanda "qayıdış" ehtimalı azdır.
Alış-veriş üçün münasib gün deyil. Bu gün alacağınız əşyalar gözləntilərinizi doğrultmayacaq. Yaşam potensialı səviyyəsi aşağıdır. Adi günlərdən fərqli olaraq daha çox yorulursunuz. Hətta ən sadə və rutin işlər sizə mürəkkəb, yorucu təsir bağışlayır.
Dostlarla görüşlər, qonaq qəbul etmək üçün əlverişli gündür. Yaxınlarınızın yanında özünüzü rahat hiss edəcək, bir çox problemləri unudacaqsınız. Kiçik səfər və ya səyahət üçün əlverişli zamandır. Lakin sükan arxasında olmayın.
Axşam saatları ailəvi istirahət üçün münasibdir.
Tərəzi - rəğbət bəslədiyiniz insanlara yardım edin, onlarla birlikdə işləməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizinlə maraqlanırlar. Gün xoş görüşlər, ilginc tanışlıqlar, yeni layihələr vəd edir.