BolgeXeber.Com » Dünya » Günün qoroskopu

Günün qoroskopu

6-07-2013, 09:40
Oxunub: 4 028 "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ayın ən yaxşı günüdür. Maddi və maliyyə məsələlərində irəliləyişlər olacaq. Baş verənlərə realist nəzərlərlə baxın.

Soyuqqanlı, təmkinli olun. Belə davransanız, yalançı dostlar və yanlış addımlardan qorunarsınız. Sürətli, aqressiv iş görməyin.

Maliyyə durumunuz ilə bağlı bütün işlərdə qətiyyətli olun.
Maddi durumunuz laübəlidirsə, problemi özünüz həll edin. Sizə yardım edən olmayacaq.

Buğa - bu gün işlərin əksəriyyətini uğurla yerinə yetirmək olar. Narahat olmayın, təlaşa düşməyin.

Daxili müvazinəti qoruyun: bu, əsas məsələdir. Çətin vəziyyətlərdə intuisiyanızı dinləyin. Yaxın ətrafınızdakı insanların, habelə ailə üzvləri və qohumların məsləhətlərini qulaqardına vurmayın.

Şəxsi işləriniz və ya ailə qayğılarından biri çox intensiv yerdəyişmələri tələb edir.

Məlumat və ya xəbər axtarışı, telefon danışığı, yazışma yaxşı nəticə verəcək.
Sağlam məntiq çərçivələrindən kənara çıxmayaraq əylənə bilərsiniz.

Əkizlər - məntiqli, diqqətli, sayıq olun. Romantik hisslərə və ani hisslərə uymayın, praktik davranın.

İşgüzar görüşlər, qısa səfərlər, kiçik anlaşmalar, sövdələşmə və anlaşmalar üçün münbit şərait yaranıb.

Planlarınız və niyyətiniz barədə kimliyinə yaxşı bələd olmadığınız insanların yanında danışmayın. Realist olun, həyata keçirə biləcəyiniz məqsədlərə doğru irəliləyin.

Cari problemləri həll edin.
Sabahkı günə hazırlaşın və özünüzdən əsla bədgüman olmayın.

Xərçəng - uğur yaxındadır, amma tənbəl və ətalətli olsanız, ona nail ola bilməyəcəksiniz. Bu gün yaranan şanslardan istifadə edin, imkanları əldən verməyin.

Narahat olmayın, müvəffəqiyyət üçün sizdən titanik zəhmət və müstəsna əmək tələb olunmur. Görüş, müzakirə və ya səfərdən boyun qaçırmayın.

Alış-veriş zamanı utilitar təsərrüfat ehtiyaclarını nəzərə almaqla yanaşı, əzizlərinizi də düşünməyi unutmayın.

Axşam saatlarında sevdiyiniz insana kiçik hədiyyə verin.

Şir - enerjinizi praktiki işlərə sərf edin. Konkret addımlar və ya qərarlar olmasa, atəşin çağırışlarınızda emosional bəyanatlarınız heç bir nəticə verməyəcək. İşdə çalışdığınız insanın dərdinə şərik olun.

Normal münasibətləri eqoist istəklər və tələblərlə əvəzləməyin. Peşəkar ünsiyyətin rəsmiyyətini azaldın.

Cari işləri etibar etdiyiniz insanla müzakirə edin.
İlkin mərhələdə olan işinizin təfərrüatları barədə tanımadığınız insana danışmayın.

Bəzi məqamlar sirr qalmalıdır ki, irəliləyə biləsiniz.

Qız - psixoloji komfort və təhlükəsizlik hissi güclüdür. Kiçik uğurlar seriyası əhvalınızı yaxşılaşdıracaq, özünüzə əminlik yaradacaq və gələcəyin yaxşı olacağına inandıracaq. Belə vəziyyətdə isə, məlum, işlər yaxşı gedir.

Maliyyə problemləri, işdəki münasibətlər və şəxsi həyatdakı təmaslarda yaranan sərinlikləri, əsən anlaşılmazlıq yellərini müvəqqəti hal sayın.

Sənədləşdirmə, əmlak və hüquq məsələlərində irəliləyişlər olacaq.
Alış-veriş üçün pis gün deyil.

Uzaqdakı qohum və ya tanışdan xəbər gələcək.
Axşam saatlarını əyləncəyə ayırın.