Səbuhi Rəhimlidən 10 iyulun astroloji proqnozu
10-07-2013, 09:10
Oxunub: 6 019
QOÇ - Astroloji göstəricilər böyük işlər görəcəyinizi, ağıllı risklər edəcəyinizi bəyan edir. Hətta maddi durumunuz imkan versə, uzaq yola da çıxa bilərsiniz. Qidanıza fikir verin.
BUĞA - Bir qədər darıxdırıcı gündür. Amma bədbinləşib tək-tənha bir küncdə oturmaq da yaramaz. Heç olmasa, ulduzların "hə" dediyi maliyyə məsələləri ilə məşğul olun. İnsanlardan xoflanmayın.
ƏKİZLƏR - Bu gün rahat keçməsə belə, ciddi xoşagəlməzlik də olmayacaq. Nahardan sonra sizi sürprizlər gözləyir. Gələcək fəaliyyətiniz də məhz bundan asılı olacaq. Uzaq yola çıxmayın.
XƏRÇƏNG - Təkbaşına hansısa məsələyə müdaxilə etməyin. Əks təqdirdə nəzərdə tutduğunuz ideyaları reallaşdıra bilməyəcəksiniz. Tərəfdaşlarınızın sayını artırın ki, qalib olasınız.
ŞİR - İyulun bu isti günündə emosional çıxışlara ara verməli, yalnız konkret işlərlə məşğul olmalısınız. Günün ikinci yarısını dost-tanışla, doğmalarınızla gəzinti və əyləncəyə həsr edin.
QIZ - Hər mənada uğurlu gün yaşayacaqsınız. Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə olacaq. Şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.
TƏRƏZİ - Daxilən sıxıntılı ərəfə yaşayacaqsınız. Düzdür, ovqatınızı korlayan nəsnələr olmayacaq, lakin səbəbsiz nigarançılıqdan da uzaqlaşa bilməyəcəksiniz. Bu gün varlana da bilərsiniz.
ƏQRƏB - Narahatçılığınızı artıran məsələləri yoluna qoymaq üçün danışıqlara başlamağınız vacibdir. Həftə ərzində gözlənilən uğurlar üçün bunun böyük səmərəsi ola bilər. Təzə xəbər də gözlənilir.
OXATAN - Saat 14-ə qədər qeyri-ənənəvi işlərlə məşğul olmayın, xüsusən də nahar ərəfəsində. Sonrakı müddətdə isə işgüzar aktivliyinizi artırmalısınız. Bəxtinizdə pul da var.
OĞLAQ - Cərəyan edən hadisələr çıxardığınız qərarlardan asılı olacaq. Odur ki, əvvəl götür-qoy edin. Bu arada etibar etdiyiniz adamlardan kimsə sizə yalan sata bilər. Səfər də uğurludur.
SUTÖKƏN - Ciddi götür-qoy etməsəniz, həlledici məqamlarda yanıla bilərsiniz. Yersiz risklərə meylinizi azaldın. Sizə vəd verənləri mələk hesab etməyin. Sadəlövhlük insana zərər yetirir.
BALIQLAR - Daxili narahatçılığınız tədricən aradan qalxacaq. Sevdiyiniz adamlarla bir yerdə olmağınız nikbinliyinizi artıracaq. Bu arada kobud rəftardan və şit zarafatlardan uzaq durmalısınız.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər