21 iyulun astroloji proqnozu
21-07-2013, 09:45
Oxunub: 5 585
QOÇ - Əsas vaxtınızı münasibətlər zəminində qurun. Dostluq-yoldaşlıq istiqamətində, ələlxüsus da sevgi məsələlərində sevindirici anlarınız olacaq. Amma uzaq səfərə çıxmaq fikrindən daşının.
BUĞA - Planetlərin yerdəyişməsi yaxınlaşdığından hər hansı mübahisə və ya münaqişəyə həvəs göstərməyiniz zərərinizə olar. Belə bir mənzərə yaransa, müəyyən ünvanlara qonaq getməyə dəyər.
ƏKİZLƏR - Sevinməyə dəyər. Çünki astroloji göstəricilər əksər bürclərlə müqayisədə yalnız sizin qazanmaq ehtimalınız olduğunu təyin edib. Deməli, əzmkarlığınızı artırmaqla buna nail olmalısınız.
XƏRÇƏNG - Sizə borclu olanlardan, eləcə də məvacib prosesində gecikən pullarınızı əldə etməyə çalışın. Əks təqdirdə nöbəti bir həftə ərzində buna nail olmayacaqsınız.
ŞİR - Kifayət qədər məhsuldar bir gündür. Emosionallığınızı soyuqqanlılıqla əvəz edə bilsəniz, bir çox sahələrdə uğurlarınız olacaq. Şəxsi işlərinizdə əsaslı dönüş də başlaya bilər.
QIZ - Çoxsaylı görüşlərdə iştirakınızdan xəbər verən Göy qübbəsi maraqlı təkliflər alacağınızı da bəyan edir. Yeni işlərə başlamaq və ya bu barədə fikir mübadiləsi aparmaq üçün yaxşı vaxtdır.
TƏRƏZİ - Yeni əlaqələrə başlamaq, fəaliyyət zəminində dönüş yaratmaq üçün sərfəli tarixdir. Bu istiqamətdə xərcə düşməkdən qorxmayın. Çünki müdafiənizdə duran ulduzlar sizi qoruyacaq.
ƏQRƏB - İxtiyarınızda olan bu süst gündə həmkarlarınızla münasibətdə təmkinli olun. Bunu bacarsanız, sonrakı müddətdə problemlə rastlaşmayacaqsınız. Mühüm sirlərinizi hər kəsə deməyin.
OXATAN - Son vaxtlar işlə bağlı passivliyə mübtəla olmağınız sizi yormaqdadır. Bu gün də belə bir şey gözlənildiyindən vaxtınızı əyləncələrə həsr edin. Sevgidə kobudluğa yol verməyin.
OĞLAQ - Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün sağlamlığınıza fikir verməlisiniz. Ağır fiziki işlərdən ehtiyatlanmalısınız. Qərar qəbul edərkən müsahib rəyini mütləq nəzərə alın.
SUTÖKƏN - Qarşınızda perspektivli və yorucu işlər durur. Ulduzlara inansaq, ötən günlərdə yol verdiyiniz hansısa səhvi düzəltmək imkanı da qazanacaqsınız. Etibarsız adamlardan uzaq olun.
BALIQLAR – Olduqca riskli gündür. Bu səbəbdən istənilən addımı atmazdan qabaq mütləq mövcud reallığı nəzərə almalısınız. Təcrübəli adamlardan yararlanın. Yerli-yersiz özünüzü tərifləməyin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər