İcra başçısının oğlu iddiasını geri götürdü
24-07-2013, 17:00
Oxunub: 5 248
Ramal Quliyevin Fikrət Fəraməzoğluna qarşı iddiası ləğv edildi
Xəbər verdiyimiz kimi, Jurnalist Araşdırma Mərkəzinin (JAM.AZ) rəhbəri Fikrət Fəraməzoğlu məhkəməyə verilib. Goranboyun icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev tərəfindən Nəsimi Məhkəməsinə göndərilmiş iddiada baş redaktorun həbs edilməsi tələb olunurdu.
Bu gün Nəsimi Məhkəməsi Ramal Quliyevin qaldırdığı iddiaya baxıb və qarşı tərəfin təklifi əsasında ləğv edib. Bu barədə məlumat verən Fikrət Fəraməzoğlu bildirib ki, əslində, ən doğru addım elə bu idi. «Qaldırılan iddianın bizə heç bir aidiyyatı yox idi. Bunu hakim İkram Şirinov və digərlərinə də izah etdim. Amma onlar məsələyə bu gün baxılmasını istəyirdilər. Bu gün isə icra başçısının oğlu iddiasını geri çəkərək, bizdə günah olmadığını bildirib. Ona görə də, xüsusi ittiham qaydasında qaldırılmış iddai üzrə proses ləğv edilib».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər