BolgeXeber.Com » Dünya » Emmanuel Makron şillələndi - VİDEO

Emmanuel Makron şillələndi - VİDEO

8-06-2021, 19:06
Oxunub: 3 344 Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib.
Bolgexeber.com “RİA Novosti”yə istinadən bildirir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb.
Bu zaman bir kişi E.Makronun üzünə şillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər və E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qaytımaq istəyib. Amma dövlət başçısının təhlükəsizlik xidməti buna icazə verməyib.
Hadisəyə görə iki nəfər saxlanılıb.