Pandemiya nə zaman bitəcək: - Mütəxəssislər şərtləri açıqladı
19-06-2021, 11:01
Oxunub: 3 976
Koronavirus pandemiyasının başa çatma vaxtı peyvənd olunmamış millətlərdən, xüsusən də inkişaf etməkdə olan ölkələrə peyvənd tədarükünün sürətindən asılı olacaq. Çünki peyvəndlənmə mutasiyaların dayandırılmasına kömək edir. Yeni mutasiya prosesləri isə, kütləvi peyvənd səylərini zədələyə bilər.
Bu barədə Luiziana Universitetinin dekanı və epidemiologiya üzrə professor Edvard Trapido bildirib. Professor pandemiyanın 2022-ci ilə qədər davam edəcəyini və sonrakı dövrdə isə, xəstəliyin daha endemik olacağını proqnozlaşdırır. O həmçinin qeyd edib ki, vaksinlərin paylanması ilə bağlı daha çox səylər Braziliya, Hindistan, Pakistan, Nepal, Cənubi Amerika və digər inkişaf etməkdə olan ölkələrə yönəldilməlidir.
Konnektikut Universitetinin virusologiya üzrə professoru Paulo Verardi isə, "RİA Novosti"yə verdiyi açıqlamada, bəzi ölkələrin əhalisinin ən azı üçdə ikisinin və ya daha çoxunun vaksinasiyadan keçməli olduğunu söyləyib. Beləcə yeni dalğaların qarşısı da alınar.
Mütəxəssis eyni zamanda koronavirusun yeni, daha yoluxucu variantlarının narahatlıq doğurduğunu da qeyd edib.Verardi də yoxsul ölkələr daxil olmaqla, dünyanın hər bir yerində yaşayan insanlara peyvəndlərdən istifadə imkanı yaradılmasının vacibliyini vurğulayıb. Çünki bu, pandemiyaya nəzarət etmək və gələcəkdə xəstəlik artımlarının qarşısını almaq üçün yeganə yoldur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər