BolgeXeber.Com » Dünya » Dünyada 768 milyondan çox insan aclıqdan əziyyət çəkir

Dünyada 768 milyondan çox insan aclıqdan əziyyət çəkir

13-07-2021, 09:47
Oxunub: 456 Pandemiya səbəbi ilə dünyada aclıqdan əziyyət çəkən insanların sayı kəskin artıb.

"Report” xəbər verir ki, bu barədə BMT-nin "Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı” (FAO) və Dünya Qida Proqramı (WFP) tərəfindən yayımlanan məlumatlarda yer alıb.

Qeyd olunub ki, 2020-ci ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı 768 milyon nəfərə (2019-cu ilə nisbətən 118 milyon nəfər çoxdur – Red) çatıb. Bu, planetin ümumi əhalisinin 10 faizidir.

Aclıqdan əziyyət çəkən insanların çoxu Asiya və Afrikada yaşayır. Asiyada 418 milyon insan, Afrikada materikinin 21 faiz sakini gündəlik qida tapmaqda çətinlik çəkir.