Prezidentə namaz üstündə bıçaqlı HÜCUM
23-07-2021, 15:34
Oxunub: 4 512
Malinin müvəqqəti prezidenti Assimi Goita bıçaqlı hücuma məruz qalıb.
Bolgexeber.com xəbər verir ki, prezidentə paytaxt Bamakodaki məscidində bayram namazı qılarkən naməlum şəxslər tərəfindən bıçaqla hücuma məruz qalıb. Belə ki, naməlum şəxs namazı üstündə olan prezidentə arxadan hücum edərək, boğazını kəsmək istəyib.
Həmin görüntülər anbaan kameralara əks olunub. Hadisədən bir neçə gün sonra Assimi xalqa müraciət edərək, hər şeyin qaydasında olduğunu, səhhətində bir problem olmadığını açıqlayıb.
Prezident aparatı tərəfindən edilən açıqlamada cani şəxsin təhlükəsizlik işçiləri tərəfindən zərərsizləşdirildiyi və hadisə ilə əlaqədar istintaqın başladıldığı bildirilib.
Qeyd edək ki, Afrika ölkəsi olan Malidə 18 Noyabr 2020-ci ildə hərbi çevrilişdən sonra qurulan keçid hökumətinin prezidenti Ndav, Baş nazir Ouane və Müdafiə Naziri Ducoure həbs olunub. Hərbi çevrilişdən sonra rəhbərlik müvəqqəti olaraq Assimi Goitaya verilib.
unikal.org
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər