BolgeXeber.Com » Dünya » Ararat Mirzoyan Ermənistan XİN başçısı təyin olunub

Ararat Mirzoyan Ermənistan XİN başçısı təyin olunub

19-08-2021, 12:00
Oxunub: 2 648 Ermənistan Prezidenti Armen Sarkisyan Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri təyin olunması ilə bağlı fərman imzalayıb.
Bu barədə “Sputnik Armenia”ya istinadən xəbər verir.
Qeyd edək ki, 1979-cu ildə İrəvanda doğulan A.Mirzoyan Ermənistan parlamentinin sabiq sədridir (2019-2021). İrəvan Dövlət Universitetinin tarix fakültəsinin məzunu olan A.Mirzoyan 2017-2018-ci illərdə deputat, 2018-2019-cu illərdə isə baş nazirin müavini kimi siyasi fəaliyyətini davam etdirib.