Bu günün ulduz falı
8-08-2013, 10:35
Oxunub: 6 473
QOÇ - Öhdənizə düşən işlərin çoxluğu sizi yora bilər. Bu səbəbdən qarşınızda duran vəzifələri konkretləşdirməlisiniz. Havaların dəyişkənliyi səhhətinizə mənfi təsir göstərməsin deyə, qorunun.
BUĞA - Yaxşı olar ki, bu təqvimdə hər hansı riskə getməyəsiniz. Onsuz da bunun müsbət nəticəsi olmayacaq. Kənar məsləhətlərə qulaq asın. Vaxtınız olsa, qohumlarınıza baş çəkin.
ƏKİZLƏR - Ümumi çalarlarına görə kifayət qədər uğurlu təqvimdir. Bir tərəfdən sevindirici xəbərlər eşitməyiniz, digər tərəfdənsə şəxsi büdcənizdə müəyyən artımlar ovqatınızı xoş edəcək.
XƏRÇƏNG - Yaxşı olar ki, tərəddüd etdiyiniz bütün planları təxirə salasınız. Çünki ulduzlar əmin olmadığınız məsələlərə baş vurmağı məsləhət görmür. Əsas vaxtınızı fəaliyyətə yönəldin.
ŞİR - Günün birinci yarısı müəyyən qədər gərgin keçə bilər. Sonrakı müddətdə isə qarşınıza qoyduğunuz məsələlərdə bəxtiniz gətirəcək. Qazanmaq və qonaq getmək üçün də münasib vaxtdır.
QIZ - Fəaliyyətlə bağlı ciddi problemlərlə rastlaşa bilərsiniz. Bu səbəbdən məsləhət görülməyən adamlarla ciddi müzakirələrə girişməyin. Nəzərə alın ki, səhər saat 09:58-dən sonra Ay bürcünüzə daxil olur.
TƏRƏZİ - Bəxtinizdə mübahisəli bir gün dursa da, büdcənizi artırmaq üçün gözəl imkanlar qazanacaqsınız. İradənizə zidd addımlar atmayın. Hansısa məqsədinizə tərs olmaqla yetişməyə çalışmayın.
ƏQRƏB - Ürəyinizə yaxın olan adamlarla rastlaşacağınıza şübhə etməyin. Eyni zamanda buna özünüz də cəhd edin. Əmin olun ki, bu, rahatlığınızı təmin edəcək. Kasıbçılığı dərd kimi qavramayın.
OXATAN - Avqustun ən uğurlu günlərindən birini yaşayacaqsınız. Perspektivli sövdələşmələrdə iştirak etmək üçün olduqca ideal vaxtdır. Axşama yaxın təzə xəbərlər eşitmək ehtimalınız da var.
OĞLAQ - Görəcəyiniz işlər barədə hər kəsə məlumat verməyin. Əks təqdirdə bu amil özünüzə qarşı silaha çevriləcək. Yalnız ədalətli addımlar atın. Təcrübəli insanların məsləhətini eşidin.
SUTÖKƏN - Ürəyiniz istəməyən adamlarla ünsiyyətdən uzaqlaşın. Əgər müsahibiniz sizi başa düşmürsə, özünüzü yormağa nə lüzum?! Nahardan sonra işgüzar sövdələşmələrdə iştirak edin.
BALIQLAR - Yorulmaq bilmədən çalışmalısınız. Çünki indiki dar məqamda hər şey çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Ulduzlar şəxsi həyatınızda böyük dönüşün yaxınlaşdığını göstərir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər