12 avqustun astroloji proqnozu
12-08-2013, 09:00
Oxunub: 5 173
QOÇ - Kifayət qədər uğurlu gündür. Bir tərəfdən şəxsi işlərinizdə müsbət qığılcımlar, digər tərəfdənsə maliyyə işlərinizin qaydasına düşməsi əhval-ruhiyyənizi xeyli yüksəldəcək.
BUĞA - Kənardan köməyə ehtiyac duyduğunuz hiss olunur. Göy qübbəsi bu istiqamətdə sizə yardımçı olacaq. Amma özünüz də passiv dayanmayın. Nahardan sonra şəxsi büdcənizdə artım ola bilər.
ƏKİZLƏR - Təəssüf ki, astroloji göstəricilər bu təqvimin passiv keçəcəyini bəyan edir. Münaqişələrə cəlb olunmaq istəmirsinizsə, iradəli və təmkinli olun. Bir az müşahidəçi rolu oynayın.
XƏRÇƏNG - Durumunuzdan bəlli olur ki, etibar etdiyiniz adamların əksəriyyəti sözünədüz şəxslər deyil. Bu isə sizin üçün həmişə problem yaradır. Odur ki, belə məsələlərdə sərt olmağa çalışın.
ŞİR - Yeniliklərlə dolu bir tarix yaşayacaqsınız. Qeyri-adi hadisələr, tanışlıq, əməkdaşlıq, eşqə düşmək və s. kimi amillər bu bürcün müvafiq adamlarının rastlaşacağı hadisələrdən olacaq.
QIZ - Bəxtinizdə riskli bir gün durub. Amma qorxmağa dəyməz. Çünki bu gün Göy qübbəsi sizi müdafiə etməkdədir. Təxminən saat 15-dən sonra şəxsi işlərinizdə böyük dönüş yarana bilər.
TƏRƏZİ - Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün riskli iş görməyin. Amma etibar etdiyiniz adamlar dəstək versə, axşama doğru planlarınızı reallaşdırmaqda çətinliyiniz olmayacaq. Ağır qidalardan qaçın.
ƏQRƏB - İkitərəfli əlaqələr uğur gətirə bilər. Bu səbəbdən də potensial imkanlarınızdan bacardığınız qədər istifadə etməlisiniz. Hər bir işdə Allahı yada salın. Məntiqsiz iş görməyin.
OXATAN - Fəaliyyət göstərdiyiniz obyektlərdə mülayim davranın və hər kəsin ovqatını yüksəltməyə çalışın. İlahidən üzərinizə düşən bu missiyanı reallaşdırsanız, uğurlar qapısını açacaqsınız.
OĞLAQ - Bəxtinizdə əyləncəli məqamlar durur. Bu səbəbdən də qonaq getmək, dostlarla birlikdə əylənmək və ya səfərə çıxmaq sərfəlidir. Özünüzü təkəbbürlü aparmaqdansa, sadəliyə üstünlük verin.
SUTÖKƏN - Hər mənada düşərli gündür. Ədalətli cəhdlərinizin əksəriyyəti reallığa yaxınlaşacaq. Paxıllıq və qisas hissindən uzaq olun. İntim əlaqə və uzaq səfərlər isə ümumiyyətlə, yolverilməzdir.
BALIQLAR - Müəyyən qədər gərginliklə üzləşmə ehtimalınız var. Odur ki, həmkarlarınızla, eləcə də qonum-qonşu ilə ünsiyyətdə səmimi olmağa çalışın. Ciddi işləri təkbaşına həll etməyin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər