BolgeXeber.Com » Dünya » Norveçin baş naziri taksi sürdü – VİDEO

Norveçin baş naziri taksi sürdü – VİDEO

12-08-2013, 13:40
Oxunub: 5 538 Norveçin baş naziri Yens Stoltenberq paytaxt Osloda taksi sürüb
Stoltenberq bildirib ki, taksi sürməkdə məqsədi sadə seçicilərin rəyini öyrənmək olub.
"İnsanların düşündüklərini danışdıqları yeganə yer məhz taksidir" deyə baş nazir bildirib.
Taksiyə minməzdən əvvəl baş nazir gün eynəyi və taksi sürücüsünün geyimini geyib.
Sərnişinlərdən biri deyib ki, o, taksi sürücüsündən çox nazirə oxşayırdı. Bir dəfə də sürətlə əyləcin yerini səhv salıb. Onu tanıyan sərnişinlərə isə Stoltenberq deyib ki, o elə baş nazir postunda Norveç xalqına yaxşı xidmət edə bilər, nəinki sürücü işləməklə.
Taksidə bütün baş verənlərin hamısı gizli kameraya çəkilib. Həmin görüntülərin bir hissəsini baş nazir özünün Facebook səhifəsində yerləşdirib.
Bolgexeber.com