14 avqustun astroloji proqnozu
14-08-2013, 09:25
Oxunub: 6 862
QOÇ - Hər bir məsələdə obyektiv olun. Şəxsi ambisiyalarınızı qabartmayın. Əks təqdirdə gün boyu planlaşdırdığınız işlər pozula bilər. Uzaq səfərlərinizi təxirə salın.
BUĞA - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Nəzərdə tutduğunuz planları həyata keçirməkdə çətinliyiniz olmayacaq. Günün ikinci yarısında pul gözlənilir.
ƏKİZLƏR - Hansısa yeni fəaliyyətlə məşğul olmağa tələsməyin. Bunun əvəzinə hazırkı işlərinizə aludə olmağınız daha yaxşıdır. Qarşıdakı on günün planlarını indidən götür-qoy edin.
XƏRÇƏNG - Fəaliyyətinizdə mühüm irəliləyişlər gözlənilir. Bu səbəbdən də bütün mümkün variantlardan yararlanın. Yeni münasibət qurduğunuz insanlara şübhə ilə yanaşmayın. Xoflanmağa lüzum yoxdur.
ŞİR - Daha çox ehtiyatlılıq nümayiş etdirin. Xüsusən də günün birinci yarısında riskli sövdələşmələrdən, yeni təkliflərdən imtina edin. Əks cinslərinizlə tədbirli davranın.
QIZ - Maliyyə problemlərinizi aradan qaldırmaq üçün ulduzlar sizə qarşı səxavət göstərəcək. Odur ki, ümidsizliyə qapılmamalısınız. Saat 13-17 aralığında yeni təkliflər də gözlənilir.
TƏRƏZİ - Emosionallıqdan çıxıb real düşünün. Yadda saxlayın ki, indi siz nə nağıllar aləmində yaşayırsınız, nə də dünyanın sahibisiniz. Necə deyərlər, çalışıb "Ayağınızı yorğana görə uzadın".
ƏQRƏB - Ulduzlar fəaliyyət yönümündə passivlik vəd edir. Bu səbəbdən də diqqəti münasibətlərə, soyuqlaşmış əlaqələrin dirçəlməsinə yönəldin. Nahardan sonra mədəni istirahətə vaxt ayırın.
OXATAN - Etibarlı dostların köməyindən yararlana bilsəniz, günün ümumi mənzərəsindən razı qalacaqsınız. İşlə bağlı müəyyən passivlik gözlənilsə də, bu, müvəqqəti xarakter daşıyacaq.
OĞLAQ - İxtiyarınızda olan bu təqvimdə hansısa günaha qol qoymayın. Hər addımda Tanrını başınız üstündə hiss edin. İnsanlara yalnız yaxşılıq edin ki, düşdüyünüz böhrandan çıxasınız.
SUTÖKƏN - Boş dayanmağa lüzum yoxdur. İşıq ucu gələn bütün yollara baş vurun. Saat 12-14 arası imicinizə xələl gətirə bilən hallardan qorunun. Gün ərzində qazanmaq şansınız da var.
BALIQLAR - Qarşınızda elə bir təqvim durub ki, rastlaşdığınız hər bir detala diqqətlə yanaşmalısınız. Ələlxüsus da qarşılıqlı münasibətlərə, ailə-sevgi davranışlarına ciddi fikir verməlisiniz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər