BolgeXeber.Com » Dünya » Putindən amerikalı jurnalistə ŞOK sözlər: gözəl qadındır... - VİDEO

Putindən amerikalı jurnalistə ŞOK sözlər: gözəl qadındır... - VİDEO

15-10-2021, 12:30
Oxunub: 3 360 Prezident Vladimir Putin Rusiya Enerji Həftəsi Forumunun plenar iclasında sessiyanın moderatoru CNBC-nin aparıcısı Hadli Qeymblla (Hadley Gamble) maraqlı dialoq yaşayıb.
Amerikalı jurnalist Putindən Rusiyanın Avropaya qaz tədarükü barədə soruşub.
Putin cavab olaraq bildirib ki, amerikalı jurnalist onun dediklərinə qulaq asmır:
"Qarşımda mənim dediklərimi eşitməmiş kimi sualı təkrarlayan gözəl bir qadın var. Cavabı təkrarlayacağam. Heç kim qulaq asmaq istəmir. İstədikləri Rusiyaya qarşı ittihamlar irəli sürməkdir".