BolgeXeber.Com » Dünya » Günün qoroskopu: Çətinliklərə meydan oxuyun

Günün qoroskopu: Çətinliklərə meydan oxuyun

27-10-2021, 10:16
Oxunub: 2 720 Qoç - Gün uğurlu və əlverişli şəraitdə başlanmır. Səhər saatlarında kiçik anlaşılmazlıqlar, xoşagəlməz hadisələr ola bilər. Lakin bu problemlərin həllini tapacaq, ətrafınızdakı insanlara da yardım edəcəksiniz.
Günün ikinci yarısına yaxın situasiyada müsbət təmayüllərin təsiri güclənəcək.
Yeni işlərə və layihələrə başlaya bilərsiniz.
Romantik münasibətlər üçün uğurlu gün deyil. Şirin vədlərə, yalan sözlərə aldanmaq riski böyükdür.
Axşam saatlarında səhhətinizə xüsusilə fikir verin. Yuxusuzluq ehtimalı var.
 
Buğa - Səhər saatlarından etibarən aktiv çalışın. İşlərinizi diqqətlə planlaşdırın, sonradan çətinliklər yarada biləcək sahələrə xüsusi fikir verin. Özünüzdən bədgüman olmayın.
Gəlir əldə edəcəksiniz. Gözlənilməz hədiyyələr də istisna deyil.
Günün ikinci yarısında maraqlı tanışlıqlar olacaq. Sizə maraqlı olan insanın rəğbətini qazana bilərsiniz. Romantik tanışlıqlar maraqlı keçəcək.
Yaşlı qohumlarla fikir ayrılığı ola bilər. Gələcəyə hesablanmış ümumi planlarla bağlı ortaq məxrəcə gəlmək xüsusilə çətindir.
Əkizlər - Hiss və niyyətlərinizdə konkret olun. Vədlərə aldanmayın, sizə xoş sözlər deyənlərin hamısına etibar etməyin. Hisslərinizdə qarışıqlıq yaranmasına imkan verməyin. Çaşıb qaldığınızı, bundan sonra nə edəcəyini bilmədiyinizi düşünsəniz, soyuqqanlı olun, ani bədgümanlığın əsiri olmayın. Belə situasiyada ciddi, yeni işə başlamayın. Az sonra işlərdə aydınlıq yaranacaq, məqsədlərinizi dəqiqləşdirə biləcəksiniz.
Romantik münasibətləri heç bir əsası olmayan qısqanclıq sərinləşdirə bilər.
Hisslərinizin təhlilinə ifrat dərəcə varmayın. Fikrinizi başqa, hətta mənasız olsa belə, işə yönəldin.
Günün ikinci yarısı uğur vəd edir.
 
Xərçəng - Səhər saatlarından etibarən aktiv olsanız, ciddi uğurlar və əhəmiyyətli nailiyyətlər əldə edə bilərsiniz. Ciddi məsələləri asanlıqla həll edəcəksiniz. Lakin bütün bunlar sizə özünüzü bəxtəvər hiss etməyə imkan verməyəcək. Sevgi, qayğı, diqqət gözləyirsiniz. Amma bu hisslərə çatmağın yollarını bilmirsiniz.
Yaxın ətrafınızdakı insanlar davranışınızı, qərarlarınızı anlamır, qarışıq və məntiqsiz sayırlar. Niyyətləriniz mənasız təsir bağışladığından ailədə münaqişə yarana bilər.
Alış-veriş üçün əlverişli gün deyil.
Səfər və ya səyahət isə tam əksinə, xoş təəssüratlar vəd edir.
Axşam saatlarındakı istirahət əhvalınızı yaxşılaşdıracaq, qayğılar və problemləri müvəqqəti də olsa, unutmağa yardım edəcək.
 
Şir - Mühüm qərarları təkbaşına qəbul etməyin, yaxın perspektiv üçün hesablanmış planı reallaşdırmağa tələsməyin. Emosiyaların əsiri olsanız, ciddi səhvlərə yol verəcəksiniz. Məntiqli məsləhətlərə qulaq asın. Başqalarının təcrübəsini dəyərləndirin, etibar etdiyiniz adamların və müttəfiqlərin intuisiyasına güvənin.
Günün ikinci yarısı güclü həyəcan vəd edir. Halbuki bu hisslərin heç bir ciddi əsası yoxdur. Müşkülün həlli asandır. Sadəcə, sinirlənməyin və yaranmış situasiyanı təmkinli, soyuqqanlı dəyərləndirin. Hər şeyin o qədər də pis olmadığını anlayacaqsınız.
 
Qız - Ötənlərdə yaşananları düşünür, hadisələri yada salır, xatirələrə dalırsınız. Yaşamınızda mühüm rol oynamış və ya yer tutmuş insanı unuda bilmirsiniz. Bir zamanlar sevdiyiniz şəxslə görüş istisna deyil.
Lakin hisslərə qapılmayın.