Rövşən Lənkəranski ilə Lotu Quli arasında müharibə başladı
17-08-2013, 17:50
Oxunub: 6 268
Türkiyədə “qanuni oğru”lar arasında dava düşüb“Прайм Крайм” xəbər verir ki, hadisə İstanbul otellərindən birində baş verib. Dalaşanlar Lotu Qulinin qardaşı Namiq Səlifovun da “taclandırıldığı” “sxodka”dan sonra oteldə istirahət edən bir qrup Ded Xasan klanına daxil olan “qanuni oğru”larla qarşı tərəfin üzvləri olub.
Məlumata görə, gürcü “qanuni oğru”lar Vaji, Rezo Lpotkipanidze, Ramaz Çinçaridze, İrakliya Qutı, Kaxi Parpaliya, Qela Kardava, Paata Malenkiy və Mamuka Çkaduanın əyləşdiyi masaya gözlənilməz qonaqlar gəlib. Onların arasında azərbaycanlı “qanunu oğru” Rövşən Lənkəranski, Taxi, Quram və Edik də olub.
Xəbərdə bildirilir ki, əvvəlcə Edik “sxodka”nın təşəbbüskarı olan Qela Kardava ilə söhbət edib. Daha sonra söhbət tərəflər arasında əlbəyaxa dava ilə nəticələnib. Gələnlər Qela Kardavanı bir neçə dəfə vurub. Davaya Rövşən Lənkəranski qarışanda isə Qela Kardava qaçıb.
Davanın təfərrüatları barədə də yazan sayt iddia edir ki, Q.Kardava qaçdıqdan sonra bütün diqqət Paataya yönəlib. Davada Mamuka Çkaduanın olay yerindən qaçdığı, Edik və Rolandın xəstəxanaya aparıldığı, Merab Mzarelua, Zviad, Beso Kvinixidxe və Timurinin də ağır xəsarət aldığı bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər