BolgeXeber.Com » Dünya » Evinə gələn qonaqları öldürüb cəsədlərindən tort və sabun hazırlayan qatil haqqında QORXUNC FAKTLAR

Evinə gələn qonaqları öldürüb cəsədlərindən tort və sabun hazırlayan qatil haqqında QORXUNC FAKTLAR

24-11-2021, 23:20
Oxunub: 5 888 Tarix boyu bir çox seral qatillər törətdikləri qətillərlə psixopatiyanın sərhədlərini aşmağa müvəffəq olublar. O qədər ki, serial qatilləri və onların üsulları bəzən kitabların, filmlərin və serialların mövzusu olub. Onların qəddarlığı illər boyu insanların qanını dondurub. Leonarda Cianciulli də bu qatillərdən biridir.
O, qurbanlarının sümüklərindən sabun və tortlar düzəldərək yeyib.
Leonarda Cianciulli 14 noyabr 1893-cü ildə İtaliyanın Montella şəhərində anadan olub. Uşaqlığı çətin keçən Cianciulli gəncliyində iki dəfə intihara cəhd edib. Bu cəhdlərdə uğursuzluğa düçar olduqdan sonra ailəsinin təşviqi ilə 1914-cü ildə Raffaele Pansardi adlı dövlət qulluqçusu ilə evlənib. Ailəsi onun evlənməsini istəsə də, o, daim bu evliliyə qarşı çıxıb. Cütlük daha sonra Larianoya köçüb. Lakin onların bədbəxtliyi burada da davam edib. 1930-cu ildə baş verən zəlzələdə evləri dağılıb.

Leonarda Cianciulli və həyat yoldaşı Raffaele Pansardi zəlzələdən sonra Correggio şəhərinə köçərək orada kiçik bir mağaza açıblar. Son dərəcə mehriban və mülayim qadın olan Cianciulli tezliklə şəhər sakinlərinə özünü sevdirməyi bacarıb.
Onların evliliyində “qara buludlar” davam edirdi. Cütlüyün 17 övladı olub, ancaq 4-ü sağ qalıb. Daha sonra bu 4 uşağından da 3-ü ölüb. Cianciulli yeganə oğlunu qorumaq üçün mistik inanclara və sehrlərə müraciət etməyə başlayıb. İnandığı mistik gücə görə övladını qorumaq üçün 3 qurban verməli olub. O, bu qurbanlardan sabun hazırlayıb, oğlunu onunla yumalı, qalanı ilə isə piroq hazırlayıb, oğluna yedirtməli idi.

1939-cu ildə Cianciulli evinə qonaq gələn üç qadını vəhşicəsinə öldürüb. Bədəni sabun və tort üçün ayıran Cianciulli qorxunc planını həyata keçirib. Qadın meyitin üzərinə natrium hidroksid əlavə edib yoğurduqdan sonra əvvəlcə onun tortunu hazırlayıb. Daha sonra o, hazırladığı tortu bütün qonşularına, xüsusən də övladına təqdim edib.

İkinci mərhələdə Cianciulli, Hitlerin istifadə etdiyi üsulla sümükləri qaynadaraq sabun əldə edə bilib. Yaranan sabunla oğlunu yuyub. Cianciullinin qonşusu evdə qəribə hadisələrin baş verdiyindən şübhələnərək polisə məlumat verib. Qadın ömürlük həbs cəzasına məhkum edilib. O, 1970-ci ildə həbsxanada vəfat edib.
Onun qətllərdə istifadə etdiyi qazan Roma Kriminologiya Muzeyində sərgilənir.
Turan Oruc