23 avqustun astroloji proqnozu
23-08-2013, 08:45
Oxunub: 5 665
QOÇ - Hamıya günahkar kimi baxmasanız, bu gün ulduzlar sizə saysız sevinc bəxş edəcək. İnsanları sevin ki, Tanrı da sizi sevsin. Nahardan sonra maliyyə ilə bağlı sövdələşmələriniz uğurlu ola bilər.
BUĞA - İkitərəfli əməkdaşlıq zəminində böyük uğurlara nail ola bilərsiniz. Bunun üçün təşəbbüskarlığı əldə saxlamalısınız. İşgüzar səfərlər də sizə böyük səmərə verəcək.
ƏKİZLƏR - Hər mənada ehtiyatlı olmalısınız. Ətrafınızda olan hər üç nəfərdən az qala ikisi əleyhinizə ola bilər. Yeganə uğurunuz maliyyə sahəsində ola bilər. Uzaq səfərə çıxmayın.
XƏRÇƏNG - Planetlərin bu yerdəyişməsi ərəfəsində səhhətinizi qorusanız, hansısa ciddi bir problemlə rastlaşmayacaqsınız. Əksinə, həsrətində olduğunuz bir neçə sevindirici məqamla üzləşəcəksiniz.
ŞİR - Astroloji göstəricilər oturaq fəaliyyətə ara verməyinizi tövsiyə edir. Daxili gərginliyinizi azaltmaq üçün bunun böyük əhəmiyyəti ola bilər. Mümkün qədər ürəyinizi qoruyun.
QIZ - Bürcünüzün bu ilk sutkasında ulduzlar şəxsi büdcənizin yaxşılaşmasına çalışacaq. Boş məsrəflərə xərc qoymayın və nəzərə alın ki, indi hamıdan şanslı sizsiniz. Perspektivli təkliflər də mümkündür.
TƏRƏZİ - Yalnız ailə-sevgi məsələlərində uğurlu məqamlarla rastlaşa bilərsiniz. Yaşca özünüzdən kiçiklərin qayğısına qalın. Pulla bağlı narahat olmayın, əmin olun ki, sizin vaxt da yetişər.
ƏQRƏB - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. Maraqlı təkliflər, perspektivli sövdələşmələr və xoş təsadüflər yolunuzu gözləyir. Təşəbbüskarlığı əldən verməyin.
OXATAN - İşgüzarlıq zəminində vəziyyət xeyrinizə cərəyan etdiyindən əzmkarlığınızı birə-beş qat artırmalısınız. Ulduzlar risk etməkdən çəkinməməyi məsləhət görür. Uzaq yola çıxmayın.
OĞLAQ - Bir tərəfdən qarşılıqlı münasibətlərdə gərginlik, digər tərəfdənsə bəzi cəhdlərinizin boşa çıxması ovqatınıza mənfi təsir edə bilər. Odur ki, saat 16-dan sonranı gözləyin.
SUTÖKƏN - Fəaliyyət zəminində ciddi dönüş astanasındasınız. Buna hər mənada hazır olun. Ulduzlar nahardan sonra maraqlı görüşlərdə iştirakınızdan xəbər verir. Sevgi məsələlərində güzəştə gedin.
BALIQLAR - Əsas vaxtınızı şəxsi büdcənizin artırılması istiqamətinə yönəltməlisiniz. Çünki bugünkü göstəricilər daha çox deyilən sahədə uğurlara yiyələnəcəyinizdən xəbər verir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər