BolgeXeber.Com » Dünya » Qazaxıstan prezidenti hökumətin istefasını qəbul etdi

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul etdi

5-01-2022, 12:22
Oxunub: 2 536 Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

"Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin", - deyə dövlət başçısının fərmanında deyil.

Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

"Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə qeyd edilir.