Bürcünüz nə vəd edir?
26-08-2013, 09:45
Oxunub: 5 174
QOÇ - İqlimin bir qədər mülayimləşməsi sizə əlavə enerji verməkdədir. Odur ki, bu vaxta qədər öhdəsindən gələ bilmədiyiniz planları sürətləndirməlisiniz. Dəvətləri qəbul edin.
BUĞA - Cəfəng işlərə aludə olmasanız, bu təqvimi tamamilə öz xeyrinizə dəyişə biləcəksiniz. Bu istiqamətdə əsas uğur maliyyə məsələlərində mümkündür və bütün hallarda təşəbbüskarlıq sizdə olmalıdır.
ƏKİZLƏR - Ümumi ovqatınızın yüksək olacağını bildirən Göy qübbəsi bu günü zəngin keçirməyinizə şərait yaradacaq. Belə məqamlarda çoxdan görmədiyiniz yaxınlarınızı da ziyarət etməyə dəyər.
XƏRÇƏNG - İş-gücü bir tərəfə atın. Onsuz da neçə illərdir ora-bura qaçmaqla əsaslı dönüş yarada bilməmisiniz. Heç olmasa, bu təqvimi mənəvi rahatlığa, insanlarla ünsiyyətə həsr edin.
ŞİR - Daxili dünyanızı anlayan insanlarla bir araya gəlin ki, ümumi süstlüyünüz ərisin. Çünki indi sizə daha çox mənəvi rahatlıq lazımdır. Şəxsi büdcənizə mümkün qədər qənaət edin.
QIZ - Bəzən səbəbsiz olan daxili gərginliyinizi aradan qaldırmaq istəyirsinizsə, qarşılıqlı münasibətlərinizi tənzimləyin. Bunu bacarsanız, nahardan sonra sürprizləriniz olacaq.
TƏRƏZİ - Səhər saatlarında gözlənilən gərginliyi dəf etməyi bacarsanız, sonrakı müddətdə hər hansı nigarançılıq olmayacaq. Məhəbbət müstəvisində yaranmış boşluqları doldurun.
ƏQRƏB - Bütün vaxtınızı istirahətə həsr edin. Çünki fəaliyyətlə bağlı hansısa yenilik gözlənilmir. Ulduzlar əsasən qarşılıqlı münasibətlərə və qohumluq əlaqələrinə fikir verməyi məsləhət görür.
OXATAN - Yola çıxmaq fikriniz varsa, tərəddüd etməyin. Çünki bu gün rastlaşdığınız insanlardan xoş əhval alacağınız mümkündür. Pulu ilahiləşdirməyin. Çünki İlahi əlçatmaz yerdə durur.
OĞLAQ - Hər hansı riskli sövdələşmələrə, o cümlədən pulla bağlı müzakirələrə ciddi yanaşmayın. Əsas diqqəti sağlıq durumuna və münasibətlərə yönəldin. Səhər saatlarında səfərə çıxmaq olar.
SUTÖKƏN - Ulduzların düzümü yalnız maliyyə məsələlərində uğurlar vəd edir. Qalan sahələrdə isə ən yaxşı halda neytrallıqla üzləşəcəksiniz. Saat 14-18 arası sağlıq durumunuzu diqqətdə saxlayın.
BALIQLAR - Ulduzlar kin-kidurəti bir tərəfə atıb barışıq prosesinə qoşulmağınızı tələb edir. Ona görə də bu gündən deyilən istiqamətdə canfəşanlıq göstərməlisiniz. Cəfəng işlərdən uzaq olun.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 5-11-2024, 11:27 : Meyxanaçı ağır qəzada öldü
Şou-Biznes
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes