29 avqustun astroloji proqnozu
29-08-2013, 09:00
Oxunub: 5 295
QOÇ - Daxili sıxıntılarınızdan əsər-əlamət qalmayacaq. Ətrafda baş verən hər bir hadisə sizə sevinc bəxş edəcək. Bu maraqlı təqvimdə şəxsi büdcənizdə müəyyən artımlar da gözlənilir.
BUĞA - Bəzi sınaqlarla baş-başa qala bilərsiniz. Şəxsi işlərinizə müdaxilə edən adamlardan uzaq olmağa çalışın. Hər hansı mübahisə və ya qisasçılıq prinsipiniz başağrınıza səbəb ola bilər.
ƏKİZLƏR - Nahara qədər bütün vacib işlərinizi - xüsusən də maliyyə məsələlərini yekunlaşdırın. Mənasız söhbətlərə isə əhəmiyyət verməyin. Mənfi enerjili Ay bürcünüzdə olsa da, yenilikləriniz çoxdur.
XƏRÇƏNG - Qarşınızda duran vəzifələrin çoxluğu kifayət qədər yorulacağınızdan xəbər verir. Lakin öhdəliklərinizin müsbət nəticəyə xidmət etdiyini anlayıb passivləşməyin. Nikbin olmağa çalışın.
ŞİR - Bütün gücünüzü iş prinsipinə həsr edin. Müvəffəqiyyətə yetişmək üçün bu, başlıca amildir. Tərəddüd etdiyiniz məsələlərdə qəti addım atmayın. Kənar təsirlərə aludə olmayın.
QIZ - Maddi durumunuzu yaxşılaşdırmaq üçün bütün bacarığınızı işə salın. Yalnız bu halda büdcənizi artıra bilərsiniz. Fəaliyyətlə bağlı uğurlarınız artıq yaxınlaşmaqdadır.
TƏRƏZİ - Bu gün sizin üçün neytral bir təqvim olacaq. Hansısa qeyri-adi hadisə ilə rastlaşacağınızı düşünməyin. İqlimin təhərindən asılı olaraq, sağlamlığınıza da diqqəti artırın.
ƏQRƏB - Yeni əlaqələr yaratmaq üçün geniş imkanlar qazanacaqsınız. Qarşıdakı bir ayda atacağınız addımları indidən götür-qoy edin. Nahar ərəfəsində aldığınız təkliflərə ciddi yanaşın.
OXATAN - Şəxsi büdcənizin durumu imkan versə, doğmalarınız yaşayan ünvanlara baş çəkin. Əks təqdirdə digər məsələlər ürəyinizcə olmayan istiqamətdə cərəyan edəcək. Hündür yerə çıxmayın.
OĞLAQ - Olduqca rəvan gündür. Ulduzlar müdafiənizdə durduğundan qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdıra biləcəksiniz. Maraqlı adamlarla rastlaşma ehtimalınız da var.
SUTÖKƏN - İkitərəfli əməkdaşlıq zəminində müəyyən irəliləyişlərə nail olmaq üçün şans qazanacaqsınız. Amma tam bələd olmadığınız proseslər barədə qəti söz demək fikrindən yayınmalısınız.
BALIQLAR - Astroloji göstəricilər gün ərzində maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Günün ikinci yarısı isə bu istiqamətdə xüsusilə əlverişlidir. Aldığınız dəvətlərdən imtina etməyin.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 5-11-2024, 11:27 : Meyxanaçı ağır qəzada öldü
Şou-Biznes
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes