Barak Obama: "Suriyaya hərbi müdaxiləyə qərar vermişəm"
1-09-2013, 09:30
Oxunub: 5 366
"Kimyəvi silahla edilmiş "vəhşilik" yalnız araşdırılmamalıdır, həm də ona cavab verilməlidir"
ABŞ prezidenti Barak Obama bildirib ki, o, kimyəvi silah hücumlarına görə Birləşmiş Ştatların Suriya hökumətinə qarşı hərbi addım atmasına dair qərar verib. Bu gün Ağ Evdə televiziya vasitəsilə çıxış edən prezident Obama deyib ki, qeyri-məhdud hərbi müdaxilə olmamalıdır və ABŞ quru qoşunları Suriyaya göndərilməyəcək. Obamanın sözlərinə görə, genişliyi və müddəti baxımından Birləşmiş Ştatlar hərbi müdaxiləsi məhdud olacaq. Ancaq prezident deyib ki, onun bu qərarı Konqres tərəfindən təsdiq edilməyənədək heç bir hərbi müdaxilə həyata keçirilməyəcək. Prezidentin sözlərinə görə, kimyəvi silahla edilmiş "vəhşilik" yalnız araşdırılmamalıdır, həm də ona cavab verilməlidir. O deyib ki, Birləşmiş Ştatlar Dəməşqdə baş verənlərə göz yuma bilməz. Prezident habelə Konqres üzvlərini ABŞ-ın Suriyaya cavabını nəzərdən keçirərkən bəzi şeylərin partiyalararası fikir ayrılığından daha vacib olduğunu nəzərə almağa çağırıb. Daxil olan məlumatlara görə, Barak Obamanın çıxışını Suriya dövlət televiziyası da canlı yayımlayıb. (amerikaninsesi.org)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər