Ukrayna ordusu RF qoşunlarını Kiyevdən şərqə sıxışdırıb
24-03-2022, 09:30
Oxunub: 3 752
Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Kiyevdən uzaqlaşdıra bilib.
CNN xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksəkçinli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını Kiyevdən 25-35 km uzaqlaşdırmağa nail olublar.
"Rusiya qüvvələri Kiyevin mərkəzindən 55 km şərqdə yerləşir, bu dünən onların olduğu məkandan 25-35 km aralıdadır”, - Pentaqon rəsmisi deyib.
O qeyd edib ki, Rusiya qüvvələri Kiyevdən şimal-qərbdə səngər qazaraq müdafiə mövqeyi tutmağa çalışırlar.
"Biz görürük ki, onlar Kiyev ətrafında səngər qazdıqları görüntüsü yaradaraq daha çox Ukraynanın şərqindən hücum etməyə çalışırlar. Üstəlik Rusiya ordusu Donbasda, xüsusən Luqansk və Don vilayətlərində daha çox aktivləşib”, - o bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər