BolgeXeber.Com » Dünya » Müharibə onları qorxutmadı: Ukraynalılar geri dönürlər

Müharibə onları qorxutmadı: Ukraynalılar geri dönürlər

6-04-2022, 17:30
Oxunub: 3 000 Ukrayna vətəndaşlarının bir qismi yenidən öz ölkələrinə qayıdır.
Bir çox Ukrayna vətəndaşı müharibədən əziyyət çəkən ölkələrinə yenidən qayıdır.

Belə ki, Polşa və ətraf ölkələrdə çətin həyat şəraiti ilə mübarizə aparan ukraynalıların bir qismi uşaqlarını təhlükəsiz yerə qoyduqdan sonra qatara minərək Kiyevə qayıdır.

Hər kəsə məlumdur ki, Rusiyanın Ukraynaya hücumu böyük insan faciəsinə səbəb olub. 18-60 yaş arası kişilərin ölkəni tərk etməsinə icazə verilmədiyi halda, milyonlarla qadın və uşaq ölkəni tərk edib. 2,3 milyon nəfər Polşaya, 623 min nəfər isə Rumıniyaya mühacirət edib.

Bəzi ukraynalıların Przemışl şəhərində Kiyevə qatar gözlədiyi xəbərləri yayılıb. Onların arasında 46 yaşlı Natalya da var. O, ilk məqsədinin 16 yaşlı oğlunu ölkədən çıxarmaq olduğunu deyib. Hazırda isə anasının və ərinin yanına qayıdacağını deyir. Bildirir ki, oğlu müharibə bitənə qədər Polşada qalacaq.

42 yaşlı Liliya Şuba isə uzun illər Qərbi Ukraynada Vynohradivdə yaşayıb. O, 3 uşağı ilə yenidən öz ölkəsinə qayıdacağını bildirib:

"Mən gücümü toplamaq üçün ölkəni tərk etdim, indi geri qayıdıb müharibənin bitməsini gözləyəcəyik".

Həmçinin hüquq professoru Yuri paytaxt Kiyevdə olduğu üçün anasının yanına qayıtdığını bildirib.

Digərləri isə daimi olaraq deyil, yaxınlarını geri qaytarmaq üçün qayıdırlar. 34 yaşlı Marina Lvova gedərək 13 yaşlı qızı və valideynlərini Hollandiyaya aparmaq istədiyini bildirib:

"Mən qayıtmağa qorxuram, amma geri qayıdan insanları çox xobəxt gördüm. Onlar Lvovda daha sakit ərazilərə qayıtdılar”.

Polşa Sərhəd Polisinin verdiyi hesabata görə, ötən bazar ertəsi 21 min ukraynalı ölkəyə daxil olub, 12 min ukraynalı isə Polşanı tərk edib. Fevralın 24-dən indiyədək 364 min polyak ölkəsini tərk edərək Ukraynaya qayıdıb.

Yardım işçisi Maçiek deyib ki, bəzi Ukrayna vətəndaşları Rusiyaya qarşı döyüşmək istədikləri üçün ölkələrinə qayıdıblar:

"Müharibə başlayanda xaricdə olanların bir qismi vətənlərini müdafiə etmək üçün qayıdıblar. Geri qayıdan qadınların bəziləri yaralıların müalicəsi üçün xəstəxanalarda işləyir”.