BolgeXeber.Com » Dünya » “Facebook”da işə başlayan azərbaycanlı gəncə şirkət corab hədiyyə etdi - FOTO
“Facebook”da işə başlayan azərbaycanlı gəncə şirkət corab hədiyyə etdi - FOTO
7-04-2022, 17:46
Oxunub: 3 728
Azərbaycanlı gənc Emin Quliyev ABŞ-ın çoxmillətli korporasiyalarından olan "Meta”da Baş proqram mühəndisi vəzifəsində işə başlayıb.
Bolgexeber.com "report”a istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib.
E.Quliyev qeyd edib ki, fəaliyyətə başlaması münasibəti ilə "Meta” ona bir cütü ağ, o biri isə qara olmaqla 2 cüt corab hədiyyə edib.
Corabların üzərində isə "Hər bir səyahət ilk addımdan başlayır və hər bir ortaqlıq bir səslə başlayır. "Meta”da icma yaratmaq üçün addım atmaq budur”.
Münhen Texniki Univestitetini bitirən E.Quliyev bu təyinata qədər "Microsoft”, "Amazon” və "Delivery Hero” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, "Facebook” bir müddət öncə rebrendinq edərək "Meta” adlanıb və hazırda bu şirkətin "Facebook”, "Messenger”, "Instagram” və "WhatsApp” tabeliyindədir.
Ötən ilin sonuna olan məlumata görə, "Meta”nın əməkdaşlarının ümumi sayı 72 minə çatır.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər