BolgeXeber.Com » Dünya » Dünyada koronavirusa yoluxma halları azalıb

Dünyada koronavirusa yoluxma halları azalıb

11-04-2022, 11:44
Oxunub: 2 696 Dünyada koronavirusa yoluxma halları ardıcıl üçüncü həftədir ki, azalır - son yeddi gündə dünyada 7,9 milyon yoluxma halı aşkar edilib ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 35% azdır.
Əən çox yoluxma halı Cənubi Koreyada qeydə alınıb. Ölkədə hər gün orta hesabla 215 min insanın koronavirus testi müsbət çıxır.
İkinci yerdə gündə 180 minə yaxın insanın koronavirusa yoluxduğu Almaniyadır. Bir həftə ərzində bu rəqəm kəskin azalıb.
Buna baxmayaraq, bir sıra Avropa ölkələrində yoluxma halları arta bilər. Belə ki, Fransada bir ay ərzində infeksiya daşıyıcıları iki dəfə artıb və son vaxtlar gündə 135 min insanda COVID-19 aşkarlanıb. İtaliyada hər gün 60 min insanda koronavirus təsdiqlənir ki, bu da martın əvvəli ilə müqayisədə çoxdur.
Eyni zamanda, Böyük Britaniya və Vyetnamda infeksiyanın yayılma sürəti kəskin şəkildə azalıb. Hər iki ölkədə gündə müvafiq olaraq 35 000 və 50 000 yoluxma halı qeydə alınır.
Xəstəlik azaldıqca, ölüm sayı da azalır. Son 7 gündə dünyada 25,5 min nəfər koronavirusdan dünyasını dəyişib ki, bu da əvvəlki analoji dövrlə müqayisədə təxminən 10 min nəfər azdır.