Vahid Ələkbərov “Lukoyl” şirkətinin rəhbərliyindən gedib
14-04-2022, 15:46
Oxunub: 3 704
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.
Bolgexeber.com xəbər verir ki, məlumatı TASS yayıb.
“Bu gün Direktorlar Şurasının sədrinə istefa ərizəsi ilə bağlı müraciət göndərib. Səhmlər onun tam nəzarəti altında deyil. Şirkətin səhmələrinin 3,12 faizi ona məxsusdur, onun səsvermə hüququ yoxdur”, – şirkətdən bildirblər.
Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda, Bakıxanov qəsəbəsində anadan olub.
O, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. İqtisad elmləri doktorudur. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “LUKOYL” şirkətinə prezidentlik edirdi. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər