BolgeXeber.Com » Dünya » Ukraynanın itkilərinin yeni sayı açıqlandı

Ukraynanın itkilərinin yeni sayı açıqlandı

3-06-2022, 10:00
Oxunub: 3 600 Rusiya-Ukrayna müharibəsində fevralın 24-dən iyunun 1-dək olan statistikaya əsasən mülki əhali arasındakı itkilər açıqlanıb.
Bu haqda Birləşmiş Millətlər Təşkilatının Ali İdarəsi məlumat yayıb.
Bildirilib ki, Ukraynadakı müharibə azı 4169 mülki şəxsin həyatına son qoyub, daha 4982 nəfər yaralanıb.
"Faktiki rəqəmlər daha yüksəkdir, çünki bəzi şiddətli döyüş bölgələrindən məlumat gecikir və bir çox hesabat hələ də təsdiqini gözləyir. Mülki ölənlərin və ya yaralananların əksəriyyətinə geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulması, həmçinin raket və hava zərbələri səbəb olub", - məlumatda deyilir.
BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibədə 1580 kişi, 1038 qadın, 102 oğlan və 99 qız ölüb. Ölən 67 uşaq və 1283 böyüklərin cinsiyyəti hələ müəyyən edilməyib.

Xəsarət alan 4982 nəfərin 140-ı oğlan, 115-i qızdır. O cümlədən cinsiyyəti hələlik müəyyən edilməmiş 168 yaralı uşaq var.
BMT Ukrayna hökumətinin nəzarəti altında olan digər bölgələrində (Kiyevdə, həmçinin Jitomir, Zaporojye, Kiyev, Sumi, Odessa, Nikolayev, Xarkov, Xerson, Dnepropetrovsk, Çerkassı və Çerniqov vilayətlərində) 1781 (1778) ölü və 2137 (2120) yaralı qeydə alıb.