Bu günün ulduz falı
13-09-2013, 08:35
Oxunub: 4 740
QOÇ - Maliyyə vəziyyətiniz imkan versə, özünüzə təzə geyim alın. Çünki xeyli müddət belə fürsət ələ düşməyəcək. Göy qübbəsi kənar təsirlərə aludə olmamağı, riskdən qorxmamağı tövsiyə edir.
BUĞA - Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə ətrafınızda olanların naxələfliyi ovqatınızı poza bilər. Odur ki, müəyyən qədər təcrid olunub öz aləminizə qapılın.
ƏKİZLƏR - Ulduzlar bu təqvimi daha çox istirahətə ayırmağı tövsiyə edir. Ağır fiziki və zehni işlərə girişməyin. Saat 16-dan sonra qonaq getməyə, ikili gəzintilərə aludə olmağa dəyər.
XƏRÇƏNG - Ulduzların düzümü rahatlığı daha çox səfər və qonaqlıqlarda tapa biləcəyinizdən xəbər verir. Çünki bu gün sizə çoxlu adamlarla təmasda olmaq vacibdir. Tənhalığa qurşanmayın.
ŞİR - Bəxtinizdə ilahi bir təqvim durub. Bu səbəbdən də hansısa müqəddəs yeri ziyarət etmək, kimsəsizləri sevindirmək böyük savab qazandıra bilər. Axşam maraqlı insanlarla görüşünüz mümkündür.
QIZ - Səhhətlə bağlı nasazlığınız olsa da, bu, ovqatınızı pozmayacaq. Əksinə, gün ərzində iştirakçısı olduğunuz proseslər sizi xeyli fərəhləndirəcək. Ətrafınıza yaxşı insanlar toplaşacaq.
TƏRƏZİ - Çox düşərli gündür. Boş durmaqdansa ən xırda şansdan belə istifadə edin. Tərəfdaşlıq zəminində, perspektivli sövdələşmələrdə uğurlarınız artacaq. Özünüzü soyuqdəymədən qoruyun.
ƏQRƏB - Həddindən ziyadə uğurlu gündür. Ürəyinizə yaxın adamlarla rastlaşmağınız, həmçinin sevindirici təkliflər almağınız uzun müddət yadınızda qalacaq. Uzaq yola çıxsanız, ehtiyatlı olun.
OXATAN - Ümumi məziyyətlərinə görə qənaətbəxş təqvimdir. Xüsusən də saat 14-16 aralığında hansısa xoş bir hadisəylə rastlaşacaqsınız. Ailə üzvlərinizlə, həmkarlarınızla mehriban davranın.
OĞLAQ - Yalnız maliyyə məsələlərində uğurlarınız gözlənilir. Odur ki, əsas gücünüzü bu istiqamətə yönəldin. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Axşam başqa ünvana getməyin.
SUTÖKƏN - Saat 15-ə qədər qarşılıqlı münasibətlərdə gərginlik gözlənildiyindən tədbirli olun. Bunu bacarsanız, ulduzlar sonrakı müddətdə sizə xüsusi zövq verəcək. Təzə xəbər də eşidəcəksiniz.
BALIQLAR - Sağlıq durumunuzda və fəaliyyət istiqamətində problemləriniz gözlənilsə də, qalan işləriniz uğurlu olmalıdır. Hətta günün ikinci yarısında qazanmaq ehtimalınız da var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər