BolgeXeber.Com » Dünya » "Whatsapp"ın boşanmalara səbəb olan funksiyasını belə ləğv edə bilərsiniz
"Whatsapp"ın boşanmalara səbəb olan funksiyasını belə ləğv edə bilərsiniz
17-06-2022, 17:30
Oxunub: 4 648
"Whatsapp”da yeni funksiya işə salınacaq.
"WhatsApp” iOS və Android istifadəçilərinə təqdim etmək üçün yeni funksiyalar üzərində işləməyə davam edir.
iPhone cihazlarında "WhatsApp”dan istifadə edənlər, yəni "WhatsApp” iOS tətbiqini yükləyənlər çat və ya qruplardan yeni mesajlar alarkən bildiriş ekranında mesaj göndərən şəxsin və ya qrupun şəklini görə bilmirdilər, amma yeni funksiyadan sonra bu mümkün olacaq.
WABetaInfo-nun xəbərinə görə, "WhatsApp” iOS üçün çatlardan və qruplardan yeni mesajlar alındıqda profil şəkillərinin sistem bildirişlərində göstərilməsinə imkan verən yeni funksiyanı sınaqdan keçirib.
Çatlardan və qruplardan yeni mesajlar aldığınız zaman "WhatsApp”ın bildirişlərə profil şəkillərini daxil etməsi bəzi istifadəçilərin xoşuna gəlsə də, əksəriyyət tərəfindən müsbət qarşılanmayıb.
Bəzi istifadəçilər "WhatsApp” bildirişlərindən fotoşəkilləri necə gizlətmək sualına cavab axtarır.
"WhatsApp”da mesaj göndərənin profil şəklini gizlətmək üçün aşağıdakı addım-addım üsula əməl edə bilərsiniz:
- "Whatsapp” tətbiqinə daxil olun.
-Proqrama daxil olduqdan sonra "Parametrlər” üzərinə klikləyin.
- Açılan ekranda "Bildirişlər” seçimini daxil edin.
- Sistemə daxil olduqdan sonra bu ekranda "Mesaj Bildirişləri” başlığının altındakı "Xəbərdarlıqları göstər” düyməsini söndürməlisiniz.
Beləcə, "Whatsapp”dan mesaj gələndə əsas ekranda bildirişlər görünmür və mesajı göndərən şəxsin profil şəkli telefon ekranında görünmür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər