İnstagram-da yeni funksiyalar yaradılır
25-06-2022, 09:30
Oxunub: 4 424
Instagram istifadəçilərin yaşını yoxlamaq üçün üç yeni funksiyanı sınaqdan keçirir.
Bolgexeber.com bildirir ki, Meta şirkəti istifadəçilərin yaşını yoxlamaq üçün şəxsiyyətini təsdiq edən sənədlərin onlayn yükləmək seçimlərindən əlavə video-selfi funksiyasını yoxlayır.
Instagram istifadəçilərin məxfiliyini təmin etmək üçün yaşın onlayn yoxlanılması üzrə ixtisaslaşmış Yoti şirkəti ilə əməkdaşlıq etdiyini bildirib. Yoti texnologiyası üz xüsusiyyətlərinə əsasən istifadəçinin yaşını təxmin edəcək. Instagram bildirib ki, həm Meta, həm də Yoti yaş təsdiqləndikdən sonra istifadəçinin şəklini öz bazasından siləcək.
Üçüncü funksiya isə insanların istifadəçinin yaşını təsdiqləmək üçün üç qarşılıqlı izləyici seçməsidir və zəmanət verən şəxsin yaşı 18-dən çox olmalıdır.
"İstifadəçinin yeniyetmə olduğunu bildiyimiz zaman biz onlara öz yaşlarını təsdiq etmək üçün seçimlər təqdim edəcəyik. Bu, qeydiyyat zamanı yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkələrə qoşulmasına, tanımadıqları böyüklər ilə arzuolunmaz əlaqənin yaranmasına mane olacaq və reklamçıların onlarla əlaqə saxlamaq imkanlarını məhdudlaşdıracaq", - deyə Meta-nın məlumatların idarə edilməsi üzrə direktoru Erika Finkle bloq yazısında bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər