BolgeXeber.Com » Dünya » Məşhur kurortda köpək balığı qadını parçaladı -ANBAAN VİDEO

Məşhur kurortda köpək balığı qadını parçaladı -ANBAAN VİDEO

2-07-2022, 17:30
Oxunub: 3 848 Misirin Hurqada kurortunda dənizdə köpək balığının hücumuna məruz qalan turist aldığı yaralardan ölüb.
Bu barədə məlumatlı mənbə bildirib.
Mənbə turistə hücumun təfərrüatlarını da açıqlayıb. Sahl Haşiş bölgəsində bir qadını köpək balığı dişləyib, yırtıcı balıq onun qolunu və ayağını qoparıb.
Turist Avstriya vətəndaşıdır. Hadisə ilə əlaqədar olaraq, cümə günündən etibarən üç gün ərzində Sahl Haşiş bölgəsindən Makadi körfəzinə qədər üzgüçülük, dalğıclıqla məşğul olmaq və balıq tutmaq qadağandır./Milli.Az