Bu gün bürclər nə vəd edir?
16-09-2013, 07:25
Oxunub: 5 061
QOÇ - Mistik bir gün yaşayacaqsınız. Daxili harmoniyanız pozulduğundan real olmayan şeylər barədə düşünə bilərsiniz. Bunun qarşısını almaq üçün yaxşı olar ki, vaxt tapıb ziyarətgahlara gedəsiniz
BUĞA - Üzləşdiyiniz proseslər narahatçılığınızı artıra bilər. Bu səbəbdən də bütün vacib planlarınızı təxirə salmalısınız. Yaxın bildiyiniz adamlar sizə qarşı xoşagəlməzliklər edəcək.
ƏKİZLƏR - Qarşınızda hər mənada uğurlu bir gün durur. Bunun üçün daxili inam və qətiyyət kifayət edər. Nahardan sonra şad xəbər eşidəcəksiniz. Ulduzlar bəxtinizə pul da çıxarmaq əzmindədir.
XƏRÇƏNG - Günortaya qədər adi işlərin həlli ilə məşğul olun. Nahardan sonra isə böyük məsələlərin həllinə başlamağa dəyər. Axşama yaxın gözləmədiyiniz istiqamətdən təzə xəbər eşidəcəksiniz.
ŞİR - Yalnız sabitliyinizi qorumağa çalışın. Xırda bir yanlışlıq gün ərzində nəzərdə tutduğunuz işləri alt-üst edə bilər. Odur ki, qərar çıxarmazdan qabaq mövcud reallığı nəzərə almalısınız.
QIZ - Yeni əlaqələr yaratmaq, işgüzar danışıqlar aparmaq sizə xüsusi zövq verəcək. Bu yönümdə sevgi amili daha qabarıq tərzdə nəzərə çarpacaq. Amma müsahiblərinizə yalan vəd verməməlisiniz.
TƏRƏZİ - Olduqca romantik bir təqvimdir. Dünənə qədər sizə şübhə ilə yanaşanların əksəriyyəti səmimiliyinizin şahidi olacaqlar. Sevdiyiniz adamların yanında olmağınız günün vacib tələbidir..
ƏQRƏB - Göy qübbəsi daha çox ikitərəfli əlaqələrdə bəxtinizin gətirəcəyini bildirir. İstər ailə-sevgi məsələlərində, istərsə də işgüzar münasibətlərdə vəziyyətiniz qənaətbəxş olacaq.
OXATAN - İxtiyarınızda olan bu tarixdə təmkininizi qorumalısınız. Hər hansı çılğınlıq və ya əsəblərin qabarması bütün işləri korlaya bilər. Riskli planlarınızı mümkün qədər təxirə salın.
OĞLAQ - Ümumi məziyyətlərinə görə qalmaqallı gündür. Az qala hər addımda gərginliklə rastlaşacaqsınız. Əsas enerjinizi münasibətlərə deyil, işə həsr etməklə bu xoşagəlməzliyi dəf edə bilərsiniz.
SUTÖKƏN - Ay bürcünüzdə olduğundan bu gün kənardan kiminsə dəstəyinə ehtiyacınız var. Bunsuz hansısa nailiyyətə yetişəcəyinizi mümkünsüzdür. Öz növbənizdə siz də aktivliyinizi artırmalısınız.
BALIQLAR - Romantika ilə dolu olan bir tarix yaşayacaqsınız. Maddi durumunuz imkan versə, uzaq səfərə də çıxın. Qarşıdakı günlər üçün vacib olan bir neçə mühüm görüş keçirməniz məsləhətdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər