BolgeXeber.Com » Dünya » Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

23-07-2022, 12:17
Oxunub: 3 248
Fevralın 24-dən bu günədək Ukrayna Silahlı Qüvvələri 39240-a yaxın rus hərbiçisini məhv edib ki, bu da əvvəlki günlə müqayisədə 240 nəfər çoxdur.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukrayna silahlı qüvvələri düşmənin 1708 tankını, 3929 zirehli döyüş texnikasını, 864 artilleriya sistemini, 253 MLRS-sini, 113 hava hücumundan müdafiə sistemlərini, 221 təyyarəsini, 188 helikopterlərini, 714 əməliyyat-taktiki PUA-sını, 167 qanadlı raketlərini, 15 gəmiğını, 2820 nəqliyyat vasitələri və tankerlərini, 72 xüsusi texnikasını məhv edib.