BolgeXeber.Com » Dünya » “Rusiyanın itkiləri 40 000-i ötüb”

“Rusiyanın itkiləri 40 000-i ötüb”

27-07-2022, 18:20
Oxunub: 3 920 "Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 070 hərbçisi məhv edilib".
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 738 tank, 3 971 zirehli döyüş maşını, 883 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 726 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 847 avtomobil texnikası və avtosistern, 75 xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.