BolgeXeber.Com » Dünya » Krımda Rusiyanın daha bir hərbi bazası vuruldu — VİDEO

Krımda Rusiyanın daha bir hərbi bazası vuruldu — VİDEO

9-08-2022, 11:15
Oxunub: 3 800 Krımın Cankoy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissə yanır.

Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat yayıb.

"Müvəqqəti olaraq işğal olunmuş Krımdan xəbər verirəm: Cankoy vilayətinin Qalay (indiki Azov) kəndində rusların hərbi hissəsinə uğurlu zərbə endirilib. Partlayış səsləri bir saat ərzində eşidilirdi", - Çubarov bildirib.

O əlavə edib ki, zərbələr hərbi sursat anbarlarına dəyib.

Bundan başqa Mayskoe kəndindəki yarımstansiyada da yanğın baş verib.