Bu günün ulduz falı
23-09-2013, 01:20
Oxunub: 4 999
QOÇ - İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yolverilməzdir. Yaxşısı budur, adi işlərin həlli ilə məşğul olasınız. Əks halda çəkdiyiniz əziyyətlər hədər gedəcək.
BUĞA - Kifayət qədər təzadlı ərəfədir. Hər addımı ölçüb-biçməyə çalışın. Mövqeyinizə zidd hərəkətlərə yol verməyin. Astroloji göstəricilər saat 14-dən sonra kiməsə güzəştə getməyi məsləhət görmür.
ƏKİZLƏR - Yaxşı olar ki, əsas diqqətinizi maliyyə məsələlərinə yönəldəsiniz. Bilirsiniz ki, qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən kiməsə borc vermək fikrinə düşməyin. Başqalarının şəxsi işlərinə müdaxilə etməyin.
XƏRÇƏNG - Qarşınızda kifayət qədər mistik bir gün durur, anlaşılmaz hadisələr çox olacaq. Passivlik müstəvisində qərar tutan ailə-sevgi münasibətlərinə yenidən baxın. Mümkün qədər bütün neqativlikləri minimuma endirin.
ŞİR - Ehtiyatlı olun, səhhətinizlə bağlı xoşagəlməzliklər baş verə bilər. Ələlxüsus da saat 12-16 arası özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalısınız. Bu gün istənilən səfəri təxirə salsanız, yaxşıdır.
QIZ - Bütün işləriniz qaydasında getdiyindən kimlərəsə yalan vəd verməyin. Qətiyyən bacarmadığınız işin qulpundan yapışmayın. Əsəbi anlarda dostlarınız arasında sakitləşməyə çalışın.
TƏRƏZİ - Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu gün təmin olunacaq. Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Bir az səmimi olun, dünyamızı, insanları daha çox sevin.
ƏQRƏB - Gün ərzində enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Nahardan sonra səfərə çıxmaq olar.
OXATAN - Günün ümumi mənzərəsi ürəyinizcə olacaq. Artıq daxili süstlüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınıza yığışan yeni dost-tanışlar məqsədlərə yetişməkdə sizə yardımçı olacaqlar.
OĞLAQ - Bütün vacib işlərinizi saat 16-ya qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Sonrakı saatlarda isə istənilən riskdən imtina edin.
SUTÖKƏN - Əgər bu təqvimdən zövq alıb rahatlanmaq istəyirsinizsə, mütləq səfərə çıxın. Bununla siz stress və ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə-sevgi məsələlərində xırdaçılığa yer verməyin.
BALIQLAR - Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə, nəyisə izah etmək enerji itkinizdən savayı bir iş deyil. Əgər bu kimi lüzumsuz işlərlə məşğul olsanız, ixtiyarınızda olan tarixdən zövq almayacaqsınız.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər