BolgeXeber.Com » Dünya » Krım körpüsündə baş verən partlayışda ölənlərin sayı bəlli oldu

Krım körpüsündə baş verən partlayışda ölənlərin sayı bəlli oldu

8-10-2022, 16:06
Oxunub: 2 608 İlkin məlumatlara əsasən, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir

"İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.

Müstəntiqlər yük maşını və onun sahibi haqqında məlumat əldə ediblər. Onun Krasnodar diyarının sakini olduğu üzə çıxıb və yaşadığı ünvanda araşdırmalara başlanılıb.






Daha ətraflı