BolgeXeber.Com » Dünya » Rusiya Zaporojye şəhərini raket atəşinə tutdu

Rusiya Zaporojye şəhərini raket atəşinə tutdu

11-10-2022, 10:46
Oxunub: 2 624 Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.

Bu barədə Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Dağıntı və tələfatla bağlı araşdırma aparılır.

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.