BolgeXeber.Com » Dünya » Rusiya Kiyevə PUA-larla hücum edib, paytaxta iki partlayış olub

Rusiya Kiyevə PUA-larla hücum edib, paytaxta iki partlayış olub

17-10-2022, 10:49
Oxunub: 2 656 Rusiya Kiyevə PUA-larla hücum edib, paytaxta iki partlayış olub

Kiyevin meri Vitali Kliçko bazar ertəsi şəhərin Şevçenko rayonunda iki partlayış baş verdiyini açıqlayıb.

Bu barədə Kliçko Telegram kanalında yazıb: "Şevçenkovski rayonunda - paytaxtın mərkəzində partlayış oldu. Bütün fövqəladə xidmətlər hadisə yerinə gedir. Təfərrüatlar barədə daha sonra məlumat veriləcək".
Bir az sonra mer şəhərin bu ərazisində növbəti partlayış barədə məlumat verdi: Bu gün, oktyabrın 17-də səhər saatlarında rus işğalçıları İranın kamikadze pilotsuz təyyarələri ilə Kiyevə hücum edib, iki partlayış baş verib. Paytaxtın Şevçenko rayonunda baş verən hücum nəticəsində qeyri-yaşayış binasında yanğın baş verib. Yanğınsöndürmə bölmələri işləyir. Bir neçə yaşayış binasına ziyan dəyib. Həkimlər hadisə yerindədir. Zərərçəkənlərlə bağlı məlumatları dəqiqləşdiririk", - deyə Kliçko yazıb.
Mer bu səhər Kiyevə hücum edən kamikadze pilotsuz təyyarələrdən birinin qalıqlarının fotosunu nümayiş etdirib.
Öz növbəsində, Ukrayna prezidentinin aparatının rəhbəri Andriy Yermak öz Telegram kanalında yazıb ki, “Kiyev kamikadze pilotsuz uçan aparatların hücumuna məruz qalıb”.
Ukraynanın TSN agentliyi hadisə şahidlərinə istinadən xəbər verir ki, "Ukrenerqo" milli enerji şirkətinin binası üzərindən tüstü buludları qalxır. “Strana” nəşri qeyd edir ki, zərbələrdən birindən sonra güclü yanğın baş verir.
Bundan əlavə, şəhərdə hava hücumu ilə bağlı xəbərdarlığı elan edilib. Bu barədə yerli hakimiyyət orqanlarının Telegram kanalında mesaj yerləşdirilib.
"Diqqət! Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib!" - mesajda deyilir.
Bir sıra Ukrayna KİV-ləri bildirirlər ki, Ukraynanın bir sıra digər bölgələrində də hava hücumu xəbərdarlığı elan edilib.