"Dadaş Novxaninskiy" həbs olundu
10-06-2011, 16:50
Oxunub: 7 063

Azərbaycanlı "qanuni oğru" "Dadaş Novxaninskiy" Moskvada həbs olunub
Bolgexeber.com-un verdiyi məlumata görə, Moskva hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində kriminal aləmdə “Dadaş Novxaninskiy” ləqəbi ilə tanınan 38 yaşlı azərbaycanlı “qanuni oğru” Dadaş İbrahimov həbs olunub.
Saxlanan şəxsin üzərindən 2,84 qram heroin aşkarlanaraq götürülüb. İlkin məlumata görə, Bakıda anadan olmuş Dadaş İbrahimova “qanuni oğru” adı 27 yaşında verilib. O ilk və yeganə məhkumluğunu 2002-ci ildə alıb. Məhkəmə Dadaş İbrahimovu 1,5 il azadlıqdan məhrum edib. Hazırda “Dadaş Novxaninskiy” altı nüfuzlu azərbaycanlı “qanuni oğru”dan biri sayılır.
2009-cu ilin martında keçirilən əməliyyat zamanı “Dadaş Novxaninskiy” Kosmonavtlar küçəsində yerləşən “Podsolnux” restoranında “sxodka”da saxlanıb. Milislər onunla birlikdə “sxodka”da olan “Masallı Mamed”, “Qoca” və “Bakılı Yusif”i də saxlayıblar. Lakin sonradan saxlanan şəxslər azadlığa buraxılıb.
Rusiya mətbuatının yazdığına görə, günahı sübuta yetiriləcəyi təqdirdə “Dadaş Novxaninskiy”i 3 ildən 10 ilədək həbs cəzası gözləyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər