BolgeXeber.Com » Dünya » “Oksigen” Klinikasına qarşı ağır iddia - Foto

“Oksigen” Klinikasına qarşı ağır iddia - Foto

27-09-2013, 15:20
Oxunub: 5 060 “Oksigen Klinik xəstəxanası”da əməliiyat olunan xəstə xərçəngə tutulub öldü

Cərrah Mübariz Əliyev mərhum Rauf Nəbiyevin xərçəng xəstəliyinə tutulduğunu niyə gizlədib?Xərçəng xəstəliyindən dünyasını dəyişən Rauf Nəbiyevin yaxınları redaksiyaya müraciət edərək “Oksigen Klinik xəstəxanası”da başlarına gətitilən müsibətdən danışıblar. Mərhum Rauf Nəbiyev səhətində yaranmış problemlər ilə əlaqədar olaraq 01.05.2012 -ci il tarixində ”Oksigen Klinik xəstəxanası” müraciət edib. Onu da qeyd edək ki, Rauf Nəbiyevin əsas şikayəti “Öd” kisəsindəki ağrılardan olub. Klinikaya müraciət edən Rauf Nəbiyev müayinə olunduqdan sonra öd kisəsində problemlərin olduğu deyilərək əməliyyat olunması məsləhət görülüb.

Amma müayinə olunan xəstənin xərçəngə tutulduğu nədənsə gizlədilib. Klinikanın cərrahı Mübariz Əliyev tərəfindən əməliyyat olunan xəstənin öd kisəsində daha dərin problemlər ortaya çıxıb. Rauf Nəbiyevin yaxınları deyir ki, əksər müayinələrə cərrah Mübariz Əliyevin məsləhəti ilə üz tutublar; “O, adam nə dedisə onu da etdik. Hansı klinikaya yolladı, gedib anaiz verdik. Amma M.Əliyevin göndərdiyi klinikalar mərhumun xərçəngə tutulduğunu bizə demədi. ELə bizi narahat edən məsələ budur ki, sonradan analiz verdiyimiz və müraciət etdiyimiz həkim deyir ki, mərhum elə həmin ərəfədə xərçəngə tutulubmuş. Nədənsə cərrah Mübariz Əliyev bunu bizdən gizlədib”-deyə xətənin yaxınları əlavə edib.
Bolgexeber.com

“Oksigen Klinik Xəsətəxanası”da cərrah Mübariz Əliyev təərfindən əməliyyat olunan Rauf Nəbiyevin xərçəng xəstəsi olduğu həm kilinika, həm də həkim tərəfindən gizlədilib. Onu da əlavə edək ki, ilk əməliyyatda zamanı xəstənin yaxınları klinikaya 2 min manat pul ödəyiblər. Buna baxmayaraq mərhum yenidən əməliyyata cəlb olunub. Bu zaman isə mərhumun yaxınları tərəfindən 4 min manat ödəniş olunub. Həmin ödəniş çekləri foto faktlarla da redaksiyamıza təqdim olundu.

Mərhumun yaxınlarının əss şikayəti ondan ibarətdir ki, niyə Rauf Nəbiyevin xərçəng xəstəliyinə tutulduğu gizlədilib? Çünki, sonradan müraciət etdikləri klinikalarda xəstəninin xeyli zamandır ki, xərçəngə tutulduğu deyilib. Bu ilk əməliyyatdan da əvvələrə təsadüf etdiyindən yaxınlarında Rauf Nəbiyevin xəstəliyininin bilərəkdən gizlədildiyi şübhəsi yaradıb.

Sonda onu da əlavə edək ki, ölkədə fəaliyyət göstərən bəzi özəl klinikalar xəsətələrdən pul qopartmaq məqsədi ilə öz çirkin niyyətlərini həyəta keçirirlər. Nəticədə də kimisi ölür, kimisi də yarımcan olur.

Qeyd olunanlarda adışeçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mövzu ilə bağlı foto fakt